Niftəliyev E.

 

Azərbaycan nümayəndə heyəti  Lints 09  mədəniyyət ilinin açılışənda iştirak edib

 

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini, professor Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdə olub. Avstriya federal təhsil, incəsənət mədəniyyət naziri Klaudia Şmidtin dəvəti əsasında gerçəkləşən səfərin əsas məqsədi 2009-cu ildə Avropanın mədəniyyət paytaxtı elan edilmiş Lints şəhərində mədəniyyət ilinin təntənəli açılış festivalında iştirak etmək bir sıra ikitərəfli görüşlər keçirmək olub. Dekabrın 31- Lints şəhərindəBrucknerhausMədəniyyət Evində keçirilən mərasimdə Avstriyanın Federal Prezidenti Haynts Fişer mədəniyyət ilini açıq elan edib. Həmin gecə 130 min insanın iştirakı ilə şəhərin mərkəzində açılış mərasimi bədii hissə ilə davam edib. Professor S.Məmmədəliyeva deyib ki, nümayəndə heyəti səfər çərçivəsindəLints 09” mədəniyyət ili proqramının təşkilatçıları Lints şəhərinin meri Frants Dobuşla görüş keçirib. Görüşlərdə mədəniyyət ilinin keçirilməsində Avstriya təcrübəsi, qarşılıqlı əlaqələrin inkişafı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qarşı tərəfə Bakının 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması nəzərdə tutulan tədbirlər planı barədə məlumat verilib. S.Məmmədəliyeva Lints şəhərinin meri F.Dobuşa Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevin adından fevralın 18-19-da bu münasibətlə Bakıda təşkil ediləcək açılış tədbirlərinə dəvət məktubunu təqdim edib. Mərasimdə iştirak üçün Azərbaycanın mədəniyyət turizm nazirinin Avstriyanın federal təhsil, mədəniyyət incəsənət naziri Klaudia Şmidtə ünvanlanmış dəvət məktubu isə N.Ridlə təqdim edilib.

Yeni Azərbaycan.- 2009.- 6 yanvar.- S. 8.