Klassik Musiqisevərlər Klubunun tədbiri keçirildi

 

Bu tədbir Prezident İlham Əliyevin 2009-cu ili "Uşaq ili" elan etməsilə əlaqədar keçirilən tədbirlərdən birincisi oldu

Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin Klassik Musiqisevərlər Klubunun təşəbbüsü ilə maestro Niyazinin ev-muzeyində "Uşaq musiqi" adlı tədbir keçirildi.

   Mədəniyyət incəsənət xadimlərinin, musiqiçilərin uşaq kollektivlərinin iştirak etdikləri tədbiri muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Prezident İlham Əliyevin 2009-cu ili ölkəmizdə "Uşaq ili" elan etməsi ilə əlaqədar keçirilən bu mərasimin bundan sonrakı silsilə tədbirlərin birincisi olduğunu bildirdi. O, Azərbaycanda istedadlı musiqiçilərin yetişdirildiyini xalqımızın güclü musiqi potensialına malik olduğunu söyləyərək, uşaq evlərində musiqili tədbirlərin keçiriləcəyini iştirakçıların nəzərinə çatdırdı.

   Xalq artistləri Oqtay Zülfüqarov, Musa Mirzəyev digər natiqlər maestro Niyazinin gənc nəslə qayğısından danışaraq, bu tədbirin onun ev-muzeyində keçirilməsinini əhəmiyyətini qeyd etdilər.

   Tədbidə Dövlət Uşaq Filarmoniyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, 2 12 saylı musiqi məktəblərinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Frederik Şopenin, Pyotr İliç Çaykovskinin, Oqtay Zülfüqarovun əsərləri səsləndirildi.

 

Səs.- 2009.- 16 yanvar.- S. 12.