Könül
Polsanın Lyublin səhərində Azərbaycan
musiqisi səslənib
Polşanın Lyublin
şəhərində Henix Venyavski adına Dövlət
Filarmoniyasının böyük zalında Azərbaycan
musiqiçiləri - Xalq artisti, professor, tarzən Ramiz Quliyev
və beynəlxalq müsabiqələr laureatı, Prezident
təqaüdçüsü, gənc dirijor Əyyub Quliyevin
Polşanın məşhur musiqi kollektivlərindən olan
Lyublin Dövlət Filarmoniyası orkestri ilə konserti olub.
Konsertdə Lyublin Filarmoniya orkestri
Əyyub Quliyevin dirijorlugu altında K.M.Veberin "Oberon" operasından
uvertüranı, P.Çaykovskinin 5-ci simfoniyasını ifa
edib. Həmçinin Lyublin şəhərində ilk
dəfə olaraq professor Ramiz Quliyevin ifasında
görkəmli Azərbaycan bəstəkarı
H.Xanməmmədovun tar və simfonik orkestr üçün 2
saylı konserti səslənib. Böyük marağa
səbəb olan ifadan sonra Ramiz Quityev dinləyicilərin
istəyi ilə Polşa musiqisinin ən parlaq
nümunələrindən olan M.Oginskinin "Polonezi"
əsərini Lyublin Filarmoniyası orkestrinin
müşayiəti ilə ifa edib. Tamaşaçılar
Azərbaycan musiqiçilərini ayaqüstə
alqışlayıblar. Azərbaycanın Polşadakı
səfirliyinin əməkdaşları, Lyublin
şəhərinin rəhbərliyi və Polşanın
tanınmış incəsənət xadimləri konsertə
baxıblar.
Bu konsert Lyublin
şəhərində Azərbaycan musiqiçilərinin
iştirakt ilə keçirilən ilk konsertdir. Konsert bitdikdən
sonra Lyublin Filarmoniyasının rəhbərtiyi yeni konsert
layihəsi ilə bağlı Azərbaycan
musiqiçilərinə dəvətlə müraciət edib.
Palitra.- 2009.- 20 yanvar.- S. 13.