Qaliboğlu E.

 

"Əsl ustaddan dərs almaq xoşbəxtlikdir"

 

Xanəndə İslam Rzayevin vəfatından 1 il ötdü

 

Xalq artisti, tanınmış xanəndə İslam Rzayevin vəfatından bir il ötdü. Onun səsində şaqraqlıq vardı, sanki bulaq kimi çağlayırdı. İslam Rzayev yaddaşımda həmişəlik qalanlardandır: təbiətin verdiyi fitri, bənzəriz səsilə Azərbaycan musiqisinin tarixində daim yaşayacaq. Xalqın həmişəyaşarlığına möhkəm inanıram. Muğam sənətimiz milli kimliyimizi, bənzərsizliyimizi açıq-aydın göstərir, bir sözlə, bizi yaşadır. İslam Rzayev kimi sənətkarların səsində xəlqi ruhumuzun musiqidə ifadəsi həmişəlik ağlımıza, ürəyimizə yazıldı...

Onun can ağrıları çoxdan varıydı. Di gəl ki, oxumağından qalmazdı. Maraqlı söhbətcil idi: söhbətinin başı da, ayağı da muğamat, Azərbaycan xalq musiqilərinə münasibət, ustadlarla bağlı xatirələr idi. Məşhur xanəndə Seyid Şuşinskinin yetirməsi olan İslam Rzayev Azərbaycan muğamlarının, xalq bəstəkar mahnılarının mahir ifaçısı idi. Qarabağ həsrətiylə yaşayan xanəndəni həmişə qayğılı görmək olardı. "Qarabağdan əvvəlki səslər demək olar, gəlmir" - deyirdi. Fikrini belə əsaslandırırdı ki, o dədə-baba torpaqlarımıza, suyumuza həsrət qalmışıq.

İnsanın fitri səs imkanlarının mənbəyinin təbiətdən gəldiyinə möhkəm inanırdı.

İ.Rzayevi Azərbaycan musiqisinin vəziyyəti, sabahı da çox qayğılandırırdı. Həmişə inanırdı ki, muğamımızı yaşadacaq, sabaha çatdıracaq səslər yenə var. Bir vaxtlar unudulmuş neçə muğam dəstgahını oxuyacağını tez-tez deyirdi. Danışırdı ki, bu dəstgahları Seyid Şuşinskidən öyrənib. Düzdür, daim bu vaxtacan demək olar, az eşidilən 4 muğam-dəstgahı oxuyacağını ("Həva, "Bayatı-Türk" b.) deyən İ.Rzayev hərdən xanəndə həmkarlarının qınaqlarına da tuş gəlirdi. Amma vaxtsa bu dəstgahları oxuyacağına inamlı görünürdü. Son ilərdə isə tələbələrinin bu muğamları artıq öyrənib oxuduğunu deyirdi. Çoxdan unudulan bu muğamları İ.Rzayevin ifasında eşitmək mənim üçün çox maraqlı idi, təəssüf ki, bunları onun səsində eşidə bilmədim. "Bayatı-Türk"dən bir dəfə söhbət əsnasında bir ağız oxudu, amma qəfil kəsdi, dedi ki, bütöv halda yaxında qulaq asarsan.

qədər kədərli səslənsə , həmişə mənə qəribə gəlib ki, muğamatın yaranmasında, qorunmasında əvəzsiz rolu olan türklərin adıyla bağlı muğam niyə geniş oxunmasın? İ.Rzayev tez-tez deyərdi: "Azərbaycan muğamlarının özünəməxsusluğunu, bənzərsizliyini yaşatmaq üçün hər birimiz əlimizdən gələni etməliyik". O, gözəl səs sahibinin professional xanəndədən dərs almasını zəruri sayırdı. Bir deyirdi ki, ustadsız xüsusən bu sənətdə hansısa müvəffəqiyyətə nail olmaq mümkün deyil: "Haradasa gənclik dövrünü aşandan sonra ruhuma, duyğularıma bu həqiqət bütün aydınlığı ilə gəlib çatdı ki, səsi olan, aqibətinin dalınca gedən insan üçün əsil ustaddan dərs almaq xoşbəxtlikdir. Daha bu fikri sübut etməyə ehtiyac yoxdur ki, həmişə əsil ustadlar az olub. Mən xanəndəlik meylinə düşən zaman Azərbaycanda bu sənətin əsil daşıyıcılarını barmaqla saymaq olardı. Yaxşı yadımdadır, o vaxtı cavan xanəndələrdən meydanda göz görəsi bircə rəhmətlik Əbülfət Əliyev vardı".

Onun ustadı Seyid Şuşinskidən Azərbaycandakı məşhur xanəndələrin çoxu "ustad şilləsi" almışdılar. İslam müəllim deyərdi ki, biz onun şagirdləri olaraq həmişə ustadımıza qarşı sayğılı olmuşuq: "Seyid Şuşinski həmişə bu sayğıya layiq idi. Onun əziz xatirəsini həmişə ürəyimizdə, nəfəsimizdə yaşadırıq". 4 il Seyid Şuşinskinin sinfində dərs almışdı. Danışırdı ki, Zeynəb Xanlarova, Sabir Mirzəyev, Süleyman Abdullayev, Rübabə Muradova, Qulu Əsgərov başqaları sonrakı illərdə oxumağa gəldilər. "Seyid dəryadır"- deyirdi: "Öyrətdikcə öyrədirdi, tükənmirdi. Əsil ustadlıq elə budur". İslam Rzayev Seyid Şuşinskidən 17 dəstgah, həmçinin ritmik, zərb muğamları da öyrənmişdi. Ömrünün axırına kimi onun sənət yolunu davam etdirdi.

Tanınmış musiqiçilərin İ.Rzayevlə bağlı qənaətləri onun bu sahədəki mövqeyini təsəvvür etməyə imkan verir. Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov deyir ki, İslam Rzayev təkcə muğam ifaçılığında peşəkarlaşmamışdı, mahnı ifaçılığında da özünəməxsus ifaçı kimi tanınırdı: "Başlıcası isə onun Azərbaycan muğam sənətinin inkişafında rolu böyükdür. Onun ifaçılıq imkanları böyük idi. Seyid Şuşinski kimi məşhur xanəndədən dərs almışdı, ondan çox şey öyrənmişdi. İslam müəllim həmişə bununla fəxr edirdi. İ.Rzayev vokal sənəti sahəsində püxtələşmişdi. O, eyni zamanda ariyaları, romansları, təsnifləri oxuya bilirdi. Bəstəkarlarımız onun ifası üçün çox əsərlər yazıblar. Kinofilmlərdə, dram tamaşalarında İ.Rzayev çox oxuyub. Onun səsi çox təmiz idi, bulaq tək qaynayırdı, böyük diapazona malik idi. İ.Rzayevin səs diapazonu iki oktava yarımdan da çox idi. Xanəndə üçün bu, xüsusi amildir. Əsil xanəndə üçün baryer olmamalıdır. O, yeganə xanəndələrdən idi ki, simfonik konsertlərdə axıra kimi iştirak edirdi. İ.Rzayev bütün muğamları ifa edə bilirdi. Həm gözəl pedaqoq, professor idi. O, hələ bundan sonra neçə-neçə tələbələr yetişdirəcəkdi".

Xalq artisti, bəstəkar, professor Ramiz Mirişli İslam Rzayevlə birgə texnikumda oxuyub: "Mən kamança dərsinə, o isə xanəndəliyə gedirdi. Yataqxanada birgə qalırdıq. Cavanlıqda onunla Bakı toylarında olmuşuq. O vaxt mən kamança çalırdım. 50-ci illərdən danışıram. O, gözəl səs palitrasına, geniş səs diapazonuna malik sənətkar idi. Mənim bir çox mahnılarımın mahir ifaçısı idi. "Ay sevənlər, tez gəlin", "Oxu tar" başqa mahnılarımı oxuyub".

Şair Ramiz Heydərin İslam Rzayevlə ilk tanışlığı 1957-ci ildə olub: "O zaman mən televiziyada işləyirdim. İslam Rzayev sözlərimə bəstələnmiş mahnıları məharətlə oxuyub. "Anamın sevimli nəğməsi", "Kaş bir quş olaydım" başqa mahnılar bu qəbildəndir".

Xalq artisti, tanınmış tarzən Ağasəlim Abdullayev: "O, peşəkar idi, muğamları dəqiq bilirdi. Son illər xəstə idi, amma axıra kimi dərs keçirdi. Uşaqlıqdan toy-düyün görmüşəm, bunları ciddi müşahidə etmişəm. O toylarda Xan Şuşinskini, Seyid Şuşinskini, Zülfü Adıgözəlovu görmüşəm, dönə-dönə dinləmişəm. Bəlkə məni bu sənətə belə ürəkdən bağlayan uşaq vaxtımdan ağlıma, ruhuma yazılan o mahnılar, muğamlar olub. O zamanlar İslam Rzayevin təzə oxuyan vaxtları idi, Yaqub Məmmədov artıq səhnədəydi. Mütəllim Mütəllimovun səsi indiki kimi yadımdadır. Əliyar adlı bir oxuyan vardı, türkanlılar onun səsini çox bəyənirdilər. Yaşlı adamların söhbətlərindən eşitmişəm ki, ötən əsrin əvvəllərində Azərbaycanın bütün məşhur xanəndələri Bakı kəndlərinin toylarında oxuyublar".

Sabir Mirzəyev Azərbaycanın tanınmış muğam ifaçılarından biridir. O da məşhur xanəndə Seyid Şuşinskidən dərs alıb. O, bu gün gənclik eşqi ilə yaşayır, sənətin sirlərini böyük bir həvəslə gənc nəslə öyrədir: "Azərbaycan muğam ifaçılığının zəngin tarixi var. Biz yaşlı sənətkarlar müəllimlərimizdən öyrənmişiksə, onu daha da zənginləşdirərək qoruya-qoruya sabaha çatdırmağa çalışmışıq. Çoxdanın söhbətidir, uşaqların kiçik toyunda o dövrün tanınmış xanəndələrini toya dəvət etmişdim. Orada gənc ifaçılar da iştirak edirdi. Balalarımın toyunda Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov, Canəli Əkbərov, Arif Babayev, Teymur Mustafayev, Qəndab Quliyeva başqaları iştirak ediblər, sənət dostu kimi məni təbrik ediblər hər biri az da olsa oxuyublar. O toyda İslamın oxumağı heç yadımdan çıxmır. Xalq mahnılarımızın tədris proqramlarına daxil edilməsində İslam Rzayevin böyük xidməti var. İslam universal xanəndə idi".

 

Xalq cəbhəsi.- 2009.- 27 yanvar.- S. 14.