Lütfiyar İmanovun ölümündən bir il ötdü...

 

Dünən müğənninin Fəxri Xiyabandakı qəbirüstü abidəsinin açılışı olub

 

SSRİ xalq artisti Lütfiyar İmanovun vəfatının birinci ildönümü ilə əlaqədar onun Fəxri Xiyabandakı qəbirüstü abidəsinin açılışı olub. APA-nın məlumatına görə, L.İmanovun vəfatının birinci ildönümü ilə əlaqədar mədəniyyət turizm naziri Əbülfəs Qarayev sənət dostları onun məzarını ziyarət ediblər.

Qəbirüstü abidənin açılışında çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev Lütfiyar İmanovun Azərbaycan mədəniyyətində unudulmaz bir iz buraxdığını qeyd edib: "Artıq Lütfiyar İmanovun vəfatının bir ili tamam olur. Onun vəfatı Azərbaycan mədəniyyəti üçün çox böyük itki oldu. Lütfiyar İmanov yaşadığı ömrü ərzində daima hörmət sevgi qazanıb. Elə bu gün onun məzarını ziyarət edən sənətkarların sayı ona olan hörmətin bariz nümunəsidir".

Lütfiyar İmanovun çox böyük bir sənətkar olduğunu vurğulayan xalq artistləri Fidan Xuraman Qasımovalar illər keçsə onun yaratdığı obrazların yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

Qeyd edək ki, Lütfiyar İmanov 2008-ci il dekabrın 21- 80 yaşında dünyasını dəyişib.

SSRİ xalq artisti, uzun illər Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti olmuş Lütfiyar İmanovun 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bunu da jurnalistlərə açıqlamasında mədəniyyət turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, mərhum sənətkarın yubiley mərasimi bu ilin iyun ayında təşkil olunacaq. Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan yubiley tədbirində L.İmanovun həyat yaradıcılığını əks etdirən foto-sərginin nümayişi planlaşdırılıb.

 

Ekspress.- 2009.- 22 yanvar.- S. 10.