Nümayəndə heyəti TÜRKSOY-un yubiley
tədbirində iştirak
edib
Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayevin rəhbərlik etdiyi
nümayəndə heyəti TÜRKSOY-un yaranmasının 15
illik yubiley tədbirində iştirak edib. Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya
bildirilib ki, yubiley tədbirində "TÜRKSOY"-a üzv
döv-lətlərin mədəniyyət nazirləri,
konservatoriya rektorları, üzv dövlətlərin
keçmiş mədəniy-yət nazirləri, son illərdə
TÜRKSOY təşkilatı ilə sıx
əməkdaşlıq edən şəxslər iştirak
ediblər.
Azərbaycan nümayəndə
heyətində Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar Rzayev, Ü.Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
TÜRKSOY binasının memarı, akademik Cəfər Qiyasi
və Dövlət Akademik Opera və Balet Teatrının
solistləri Nikolay Peşerov və Sevinc Hüseynli təmsil
olunub. Yubiley tədbiri türk xalqlarının
ənənəvi və klassik musiqi kqmpozisiyalarından
ibarət "TÜRKSOY ulduzları" adlı konsert
proqramı ilə açılıb.
Yubiley tədbiri
çərçivəsində Ə.Qarayevin sədrliyi
altında TÜRKSOY-un binasında üzv ölkələrin
mədəniyyət nazirlərinin İşçi
toplantısı keçirilib. İclas zamanı "TÜRKSOY-un
şərəf medalı" və TÜRKSOY-un 15 illiyi
ilə əlaqədar şərəf medalı veriləcək
şəxslərin adlannın təsdiq edilməsi,
təşkilatın 2009-cu il üçün Fəaliyyət
Planı və TÜRKSOY Baş Direktorluğu
işçilərinin əmək haqlarının
artırılması ilə bağlı aparılan
müzakirələr üstünlük təşkil edib. Ə.Qarayev
2009-cu il üçün Bakı şəhərinin İslam
mədəniyyətinin paytaxtı elan olunması ilə
əlaqədar hazırlanmış tədbirlər planı
çərçivəsində bu ilin oktyabrında Bakıda
baş tutacaq İslam Konfransı Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirlərinin
konfransını nəzərə alaraq, TÜRKSOY Daimi
Şurasının növbəti XXVI iclasının da cari
ilin oktyabrında keçirilməsi təklifi ilə
çıxış edib. Bu təklif toplantı iştirakçıları tərəfindən
qəbul edilib. Yubiley tədbirinin sonunda Ankaranın Bilkənd Universitetinin konsert salonunda TÜRKSOY-un 15 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Konsertdə Şimali Kipr Türk Respublikasının
prezidenti, Türkiyənin
mədəniyyət və
turizm naziri, Azərbaycanın Rusiya.Federasiyasındakı səfiri,
TÜRKSOY-un keçmiş
baş direktoru və digər tanınmış şəxslər
iştirak ediblər.
İki sahil.- 2009.- 27 yanvar.- S. 8.