“Halay” yarım əsrə yekun vurur
Masallının məşhur "Halay" folklor ansamblının bu il 50 yaşı tamam olur. İndiyə
qədər təxminən
30-a yaxın ölkədə
çıxış edib
mükafatlar qazanan ansambl, yubileyini keçirməklə bərabər,
həm də növbəti beynəlxalq
festivallara hazırlaşır.
Ansambl bu il Meksikada və
Rusiyanın Rostov şəhərindəki mahnı
və rəqs festivallarında iştirak
edəcək.
"Halay" folklor
ansamblı yarım əsr əvvəl Ümmülbanu
Cəbiyevanın təşəbbüsü ilə
yaradılıb. Ansambl yarandığı ildə
Bakıda keçirilən
folklor festivalında uğurla çıxış
edərək ilk mükafatını qazanıb.
Hazırda ansambla əməkdar mədəniyyət
işçisi Lətifə
Mövsümova rəhbərlik
edir.
525-ci qəzet.- 2009.- 10 yanvar.-
S. 23.