"Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi yubiley ərəfəsindədir

 

Moskvadakı "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi 20 illik yubileyini qeyd edir. 1988-ci il dekabrın 22- Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən təsis yığıncağında "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması barədə qərar qəbul olunmuşdu.

   İndi Rusiyada yaşayan soydaşlarımız bu ocağın istisinə yığışırlar. Cəmiyyətin yaradılmasının təşəbbüskarı sədri tanınmış türkoloq alim, Moskva Dövlət Linqvistika Universitetinin professoru, yazıçı ictimai xadim Tofiq Məliklidir. Cəmiyyətin yaradılması ideyası hələ ötən əsrin 60- illərində meydana gəlmişdi. Moskvada təhsil alan bir neçə gənc azərbaycanlı aspirant yerlilik prinsipi əsasında birləşmək ideyasını təklif etmişdi. Bu ideyanı Azərbaycan ziyalıları dəstəkləmişdilər. Beləliklə, "Ocaq" Ukraynanın "Slavutiç" yəhudilərin "Şalom" cəmiyyətləri ilə yanaşı, Rusiya paytaxtında ilk qeydiyyatdan keçən üç diaspor qurumundan biri oldu.

   T.Məlikli "Ocaq" cəmiyyətinin keçirdiyi ilk aksiyalardan da danışmışdır. Sovet dövründə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 70 illiyi qeyd olunmuş, Moskva Təhsil Departamentinin köməyi ilə Azərbaycan etnomədəni komponentli 157 saylı məktəb açılmış, Azərbaycan tarixinə dair mühazirələr, Azərbaycan dili kursları, bazar günü musiqi məktəbi təşkil olunmuş, xeyli "dəyirmi masa", elmi konfrans, tanınmış mədəniyyət xadimlərinin yubileyləri keçirilmişdir. Cəmiyyət Moskvada yeni ənənələrin yaradıcılarındandır.

   Hazırda Azərbaycan Mədəniyyəti Mərkəzi Moskvadakı diaspor təşkilatlarımızın ən fəallarından biridir. Cəmiyyət Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, adət-ənənələrimizin inkişafına təbliğinə böyük töhfələr verir.

 

Səs.- 2009.- 30 yanvar.- S. 12.