Bir de görüm a...

 

ya uşaqların gileyi

 

Bir vaxtlar uşaq bağçalarında, orta məktəblərdə yaradılan özfəaliyyət dərnəklərində uşaqların sevərək oxuduqları mahnılar səslənirdi. Həmin mahnılar bir növ uşaqların özlərini dərk etməsi, onların inkişafı cəmiyyətdə tutacaqları mövqelərinin formalaşmasında böyük rol oynayırdı. Beləcə uşaqlar vətənə, təbiətə, anaya, dosta olan sevgi inamlarını anlamış olurdular. Körpələrin dillər əzbərinə çevrilən, səlis diləyatımlı, onların hafizələrinə birdəfəlik hopa bilən bu musiqilər əsas bir məqamın üstündə köklənmişdi: anaya, torpağa, Vətənə məhəbbət, doğma yurda bağlılıq. Anaların laylaları, oxşamaları, nazlamaları ilə böyüyən balacalar bəlkə indi sadaladığımız bu janrlardan xəbərsizdirlər.

 

Səbəb nədir, niyə hazırda Azərbaycanda uşaq mahnıları yazılmır ya çox az yazılır? Təbii ki, bütün bu sualları xalq artisti, yüzlərlə uşaq mahnısının bəstəkarı, balacaların dostu Oqtay Zülfüqarova  ünvanladıq.

 Oqtay müəllim uşağın gündəlik qida aldığı, idman etdiyi kimi uşaq mahnısına da ehtiyac duyduğunu deyir. Amma görəsən, biz böyüklər onları bu gözəl nemətdən, maraqlı vərdişdən niyə məhrum edirik? Bax bu məqamda bəstəkarın dərdi təzələndi desək, yanılmarıq.

 

Digər tərəfdən uşaq mahnıları ilə bağlı hər zaman bizdə ümumiyyətlə çatışmazlıq olub. Bunu uşaqlıq dövrü «gül-çiçəkli» sovet dönəminə təsadüf edənlərdən biri kimi qətiyyətlə deyə bilərəm. Hələ o vaxtlar biz mərkəzi televiziya radiodan səsləndirilən,  uşaqlara aid bədii animasiya filmlərində saysız-hesabsız mahnılar eşidir dilimizə yatmasa da özümüzü onları əzbərləməyə məcbur edirdik. Çünki o dövrün əxlaqına görə, biz balacaların sevgi-məhəbbət mövzularında mahnı oxumağı normal qəbul olunmurdu.

 

Bax elə həmin dönəmdə indiki kimi ana dilimizdə barmaq sayı qədər gözəl, qulağayatımlı mahnılar vardı. Odur ki, əksər balacalardan onlara aid mahnıları xəbər alsaq, sözsüz məşhur «Cücələrim», «Kuklam», «Sağıcıdır mənim nənəm» kimi mahnıların  adını çəkəcək. Bundan da belə çıxır ki, bizdə ümumilikdə bu sahədə problem olub. Təbii, indiki kimi təhlükəli biabırçı səviyyədə yox. Çünki hazırda şou-biznes bazarlığında uşağa aid mahnı alan ifaçı var, düz-əməlli qiymətə sata bilən bəstəkar. Kobud səslənsə , hər iki zümrə bu ya digər anlamda indiki mahnı biznesində uşaqları tamamilə unudublar. Əvəzində yazıq uşaqlar efir-ekrandan eşitdikləri «Ay qız keçmə bizim məhlədən», «Sənin olsun, sənin olsun», «Bivəfa-bivəfa», «Ulduzsan aysan, ay canıyanmış»a çəpik çalıb oynayır, üstəlik əndam tökən bu özfəaliyyət nümunələrini acgözlüklə əzbərləyirlər .

 

Elə Oqtay müəllimi ən çox narahat edən bu problemdir. Deyir ki, belə getsə, bizim gələcək nəsillərin mənəviyyatı, psixologiyası şikəst, yarımçıq olacaq: «Bəzən buna görə bəstəkarları da qınayırlar, elə bilirlər onlar heç yazmırlar. Amma bilmirlər ki, onlar yazır sadəcə qalır sandıqda. Tutaq ki, onları üzə çıxarmaq istədilər, harada oxunsun? Hanı o dərnəklər, hanı televiziya radio verilişləri? Eh, problemin hansını sayım. Deyək ki, mənim bir neçə yaş qrupları üzrə dərnəyim var orada onlarla uşaq məşğul olur. Məgər bu kifayətdir ya onlar bütün uşaqları əhatə edirlər?! Əlbəttə ki, yox. Bu məsələyə fundamental  baxılmalı konkret qərar qəbul olunmalıdır. Uşaq psixologiyası belə vasitələrlə formalaşır. Biz bunu etməsək, sabah o uşaqdan yüksək mənəvi keyfiyyət, cəmiyyətə yararlılıq, milli-mental dəyərlərə hörmət, normal davranış bilik tələb edə bilmərik.

 

Məsələdən çıxış yolu çox sadədir: təbliğat. Televiziyalarda heç olmasa gündə 1 saat uşaqlar üçün veriliş verilməlidir. Həmin proqramlarda uşaqlarla yanaşı tanınmış müğənnilərin ifasında da uşaq mahnıları səslənməlidir. İndi qəribə dəb yaradıblar; bütün böyük müğənnilər mütləq ya yalançı vətənpərvərlikdən, ya da sevgi-məhəbbətdən oxumalıdırlar. Əvvəllər Şövkət Ələkbərova, Sona Aslanova, Zeynəb Xanlarova kimi görkəmli sənətkarlar uşaq verilişlərində iştirak edib, onlara uşaq mahnılarını öyrədirdilər. Beləliklə, uşaq mahnısını hamı oxuyurdu. Bəyəm indikilərin gülü üzülər uşaqlara mahnı oxusalar.  Görürsüz, bu məsələ heç kimi maraqlandırmır. Ona görə uşaqlara olan sonsuz sevgimə rəğmən, artıq mən yorulmuşam, bu laqeydlikdən usanmışam. Artıq öz köşəmə çəkilib, ciddi, iri musiqilər üzərində işləyirəm. Daha televiziyada verilişim olmadığı üçün, sakitcə oturub özüm üçün böyük əsərlər yazıram.

Amma buna baxmayaraq, uşaqları da unuda bilmirəm. Gündəlik onların musiqi, estetik tərbiyəsi ilə məşğul olmaq üçün çalışıram».

 

Uşaq mahnılarını yazmaq üçün ilk olaraq bəstəkarlara meydan verilməli, onlar da buna baxıb həvəslənməlidir deyən  Oqtay müəllim indi efir məkanımızın tam başqa meyarlara xidmət etdiyini ağrı ilə xatırlatdı: «Açıq deyirəm, uşaqlar onların mahnıları gəlir gətirmir deyə, ona maraq da yoxdur. Şou-biznes, toyxana eyforiyası müğənniləri bu hesabla da kanalları alıb caynağına. Nəticədə onlar pulunu qazanır, uşaqlar isə itirir.

 

Gərək uşaqları mahnılarla tərbiyələndirək. Yoxsa uşaq deyir «Dünən sən mənim idin, bəs indi kiminsən», «Yellənə-yellənə hər gün sən, yellənə-yellənə gəzirsən», ay bilim «Şirin şipşirin yarım mənim» ya «Mən səni görmək istəsəm, hara gəlim?» 3-4 yaşlı uşaq indi fərqinə varmadığı bu sözləri oxuyursa, 5-10 ildən sonra o avazda olacaq, ? Bu təhlükənin qarşısını almasaq, çox dəhşətli nəticə alınacaq».

 

 Bəstəkar giley-güzar obyekti kimi uşaq mahnı mətnlərinin müəlliflərini göstərdi. Deyir ki,bu sahədə axsama var. Artıq şairlər eşq-məhəbbətdən dəm vurmaqdan uşaqları unudublar. «Bir az mövzu kasadlığı da var şairlərimizin şeirlərində. qədər dovşandan, topdan, sərçədən, anadan, nənədən yazmaq olar?! Təkcə mənim 10 «Nənəm» var. Bütün mövzulara toxunmuşam. Şairlər yazmaq üçün gərək uşaqların həyatına, düşüncələrinə nüfuz edib, onların ürəyindən xəbər verən mövzulardan bəhs etsinlər. Yoxsa «Sərçə cikkildədi”, «Pişik sobanın yanında yatdı», «Mən dərsimi oxudum», bilim . Artıq bunlardan qaçmaq, bir az əhatəli düşüməklə yazmaq lazımdır. Çünki indinin uşağı fərqli düşüncəli bir az iti duyumludur. Bundan istifadə edib, onları düzgün istiqamətləndirmək lazımdır».

 

Yazanların da ya zəif, ya da uşaq aləminə yad yazdıqlarını deyən bəstəkar artıq son illər musiqi mətnlərini özünün yazdığını diqqətə çatdırdı. Bugünədək 500-dən artıq uşaq mahnısı ərsəyə gətirən Oqtay müəllim əvvəl şairlərin uşaq şeirləri yazmağa həvəsi olsa da, indi bunu tərk etdiklərini narazılıqla dilə gətirdi qəti surətdə təbliğat olmadıqda uşaq mahnılarının yaranmayacağını bildirdi. 

 

Təbii belə olduqda, uşaq yenə «Uçduq xəyallar qanadında» ya «Bas qaza, aşqım bas qaza» deyib haralarasa yol alacaq. Əslində,  bu həngamədə balacaları da qınamaq olmaz. Burada əsas məsuliyyət ailənin, dolayısıyla biz böyüklərin üzərinə düşür. Gələcəyimiz olan balacalara musiqi tərəfdən diqqətin belə az olması, onların təhsilinə, tərbiyəsinə cəmiyyətdə tutacaqları mövqeyə xələl gətirə bilər.

Odur ki, əziz bəstəkarlar uşaqlar üçün mahnılar bəstələməyə davam edin. Davam edin ki, onlar da normal şəkildə formalaşa bilsinlər.

 

Mədəniyyət.- 2009.- 22 yanvar.- S. 11.