Sənət adamları
təsadüfi musiqiçilərə etiraz edirlər
Telekanallar mənəviyyata
zidd verilişləri yığışdırmağa çağırılır
Bir qrup tanınmış mədəniyyət
xadiminin deputatların
özəl televiziyalarda
milli-mənəvi dəyərlərə mənfi
təsir göstərən
verilişlərin yığışdırılması
ilə bağlı bəyanatını dəstəkləməsi
marağa səbəb
olub. Xatırladaq ki, bəyanatı
aktyorlar Yaşar Nuri, Hacı İsmayılov, Telman Adıgözəlov, Firəngiz
Mütəllibova, Rəfael
Dadaşov, müğənnilər
Fidan və Xuraman Qasımova bacıları, Natəvan Şeyxova, Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədova bacıları,
Azərin, Ağadadaş
Ağayev, Aybəniz
Haşımova, Nuriyyə
Huseynova, kaman ifaçısı Habil Əliyev və başqaları imzalayıblar.
Müraciətdə özəl
televiziyaların efirində
şou xarakterli verilişlərin sayının
artması, keyfiyyətin
aşağı düşməsi
barədə narahatlıq
ifadə olunub: "Efir məkanını işğal etmiş, mənəviyyatımız, milli
ruhumuz, azərbaycançılıq
ideyasına zərbə
vuran, bayağılıqda
bir-biri ilə rəqabətə girmiş
verilişlərin sayı
artır. Qalmaqallarda adları hallandırılan,
mənəviyyatı ictimai
qınağa çevrilmiş
qeyri-peşəkar aparıcılar milli dəyərlər, ailə
problemləri, zövqlə
bağlı məsələlər
haqda öz qüsurlu və ziyanlı mövqelərini
xalqımıza yeridirlər".
Sənət
adamları bildirirlər
ki, özəl televiziyalarda bəzi verilişlər zövq yaratmaq əvəzinə onu korlayır, şou çirkabı, təlxəklik "mədəniyyəti",
millətə ögey
prioritetlər yeridirlər:
"Biz - Azərbaycan
incəsənətində öz
sözünü demiş
sənətkarlar millət
vəkillərinə dəstək
kampaniyasına qoşulur
və televiziya kanallarını milli mənəviyyatımıza zidd,
yad musiqili, səsi olmayan, xaric ifalara yer
verən, aparıcılarının
qeyri-peşəkarlığı
ilə seçilən
verilişlərini
efirlərindən uzaqlaşdırmağa
çağırırıq".
Mövzuya
eyni zamanda fərdi şəkildə
münasibətini bildirən
Xalq artisti Habil Əliyev onu narahat edən
məsələlərdən danışdı: "Mən
efirdə sənətkar
görə bilmirəm.
Ekranı şou-biznes
nümayəndələri tutub
ki, onların bir hissəsi çılpaq qadınlar,
bir hissəsi isə üz cizgilərini qadınlaşdıran,
qulaqlarına sırğa
taxan kişilərdir.
Ekrana baxan insanlar söhbətin kimdən getdiyini yaxşı anlayırlar".
82 yaşlı
Habil Əliyevin fikrincə, o, istədiyi verilişləri
çətin ki, bundan sonra izləyə
bilsin: "Lap biz müraciət etdik. Bir-iki gün düzələcək,
sonra yenidən köhnə problemlər baş qaldıracaq".
Xalq artisti Əlibaba Məmmədov isə hesab edir ki,
nəinki şou-biznes
nümayəndələri, hətta muğama təsadüfi gələnlər
də sənətkarlardan
çox təbliğ
olunur: "Bunun da günahı birbaşa televiziya kanallarındadır. Əgər
savadsız musiqiçiləri
efirə buraxmasalar, hər yoldan keçən xanəndə,
yaxud estrada müğənnisi olmaz".
Əlibaba
Məmmədovun əlavəsinə
görə, estradada sözünü demiş müğənnilər - Aygün
Kazımova, Brilliant Dadaşova, Zülfiyyə
Xanbabayeva və başqaları gənclərə
tövsiyə olmalıdır:
"Onların atdığı
addımı sabah səhnəyə gələn
gənc müğənni
təkrarlayır. Ona görə də adını çəkdiyim
və çəkmədiyim
istər estrada, istərsə də muğam ifaçıları
hər bir davranışına diqqət
yetirməli, gənclərə
düzgün yol göstərməlidirlər".
Müraciətə
qoşulan Gülyaz və Gülyanaq Məmmədova bacıları
efirdə mənəvi
dəyrələrin önə
çəkilməsini vacib
hesab edirlər. Gülyaz xanımın səfərdə olduğunu
deyən Gülyanaq Məmmədova hər ikisinin adından bunları qeyd etdi: "Bizim
də amalımız eynidir - efiri açıq geyimi, boş söhbətləri
ilə zəbt edənlər yığışdırılsın
və əvəzində
sözü əsl sənət və sənətkarlar desin. Şəxsən məni narahat edən məqamlardan biri səviyyə söhbətidir.
Hərdən məni hansısa bir müğənni ilə eyni verilişə dəvət edəndə,
xəcalət çəkirəm.
Onun yersiz çıxışları, səviyyəsiz
söhbətləri məni
narahat etsə də, danışmamağa
çalışıram. Bilirəm
ki, efirə baxan tamaşaçının
gözü tərəzidir
və kimin kim olduğunu yaxşı bilir. Buna baxmayaraq, efirdə məhdudiyyətlərin
aparılmasını vacib
sayıram. Senzura nə qədər böyük rol oynasa, bir o
qədər də təsadüfi insanlar arxa plana keçiriləcək".
Kaspi.- 2009.- 9 yanvar.- S. 11.