Şükürov F.

 

Musiqiçilər ailəsi

 

Öncə bu yazımızın qəhrəmanlarının ata-anası ilə tanış olun:

Uran Seyidmusa oğlu Seyidov Q.Qarayev adına Dövlət Kamera Orkestrinin Azərbaycan Dövlət Simli Orkestrinin rəhbəri və konsertmeysteri. 2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.

Samirə Rafiq qızı Aşumova P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin solisti, Ü.Hacıbəyov adına Musiqi Akademiyasının professoru. İtaliyada keçirilmiş beynəlxalq müsabiqənin laureatı, 1991-ci ildə Əməkdar artist adına layiq görülüb.

Bu ailə ocağında iki övlad doğulub - biri oğlan, biri qız. Gözlərini dünyaya açandan musiqi səsi eşidiblər. Ataları skripkada çalıb, anaları fortepianoda. Aralarında iki il fərq olan bu uşaqların hər ikisi beş yaşından Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka bölməsinə yazılıb.

Samirə xanımın dediklərindən:

-  Asəf Zeynallı adına Musiqi Məktəbində fortepianodan dərs deyən anamın tələbələri tez-tez evimizə gələrdilər.  Anam  onlarla  məşğul olanda mən  yanlarında olurdum. Onlar   gedəndən sonra oturardım piano arxasında. Məni güclə ayırırdılar pianodan. Anam mətbəxdə xörək bişirəndə əlimə fürsət düşür, hərdən soruşardım: "Ana, çalım?" Onun dediyini başa düşmürdüm. Amma 2-3 saat "çalırdım".

Ana tərəfimdə adlı-sanlı musiqiçilər olub. Xalq artistləri, - muğam ustası Tələt Qasımov zərb alətləri ustası Çingiz Mehdiyev anamın xalası oğlanlarıdı. Onların bir nümayəndəsi mənəm.

-  Samirə xanım, həyat yoldaşınız da musiqiçi ailəsindəndir?

-  Yox, onun valideynləri həkim olublar musiqiyə czünün həvəsi olub, valideynləri isə onun istəyinə mane olmayıblar.

-  Necə oldu ki, Uran müəllimlə ailə qurdunuz?

-  Bu, deyərdim ki, taleyin qismətidir. Moskvada təhsilimi başa vurduqdan sonra İtaliyada  keçirilən beynəlxalq fortepiano müsabiqəsində laureat adı almışdım. Sonra Q.Qarayev adına Kamera Orkestrində solist  kimi işə düzəldim. O zaman  kollektivə xalq  artisti. Nazim Rzayev rəhbərlik edirdi. Biz gündəlik məşqə gəlirdik. Uran da onda həmin orkestrdə skripka çalırdı. Burada tanış olduq, ailə qurduq. Taleyimizdən razıyıq. Uşaqlarımızın  əldə etdiyi uğurlar, elə bilirəm ki, ailəmizdə olan  mehribançılığın nəticəsidir.

- Samirə xanım, ilk övladınız dünyaya gəldi. Onu musiqiçi görmək istəyirdinizmi?

- Oğlum Anar 1993-cü ildə doğulub. Düzünü desəm, heç bu barədə fikirləşməmişdim. Amma illər ötdü, böyüdükcə musiqiyə meylini hiss etdik. Beş yaşında olanda artıq musiqiyə qulaq asmaqdan doymur, bir neçə mahnını əzbərləyib oxuyurdu. Anam onun musiqi duyumuna çox yüksək qiymət verirdi. Tez-tez mənə deyirdi ki, nəvəm yaxşı musiqiçi olacaq, onu musiqi məktəbinə qoyun.  Açığı, Anarı musiqiçi görmək istəmirdim. Bu sənətin çətinliklərini bildiyim üçün belə düşünür, oğlumun gərginlik keçirməyinə qıymırdım. Mən düşündüyüm kimi olmadı. Onun 6 yaşı olanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirdik. Atasının sənətini seçdi. Ən yüksək bal toplayaraq qəbul olundu.

Sonra qızım Ceyla dünyaya gəldi. O da qardaşı kimi atasının yolunu seçdi. Amma demədi ki, atam kimi skripkaçı olmaq istəyirəm. Dedi ki, mən qardaşım kimi skripkaçı olacağam.

-  Samirə xanım, övladlarınızın  hər ikisi  adları "Qızıl kitab"a yazılmaqla Prezident təqaüdçüsüdür. Belə xoşbəxtlik tək-tək ailələrə nəsib ola bilir. Bəlkə burada isə bir amil rol oynayıb.

- deyim. Bəlkə var. Qızım Ceyla Anardan iki yaş balacadır. Amma Ceyla ondan qabaq Prezident təqaüdünə layiq görülüb. Tez-tez deyirdi ki, "Baxarsan, mənim adım  "Qızıl  kitab"a yazılacaq. Ona görə gecə-gündüz  çalışırdı. Çalışqanlıq əsas amildir.

-  Samirə xanım, Ceylanın 2008-ci il uğurları barədə oxucularımızın məlumatı var. Bəs oğlunuz...

-   Yaşının az olmasına baxmayaraq,  oğlum  Anar təkcə respublikamızda deyil, artıq beynəlxalq miqyasda tanınır. 2007-ci ildə Dobreçedə (Bolqarıstan) keçirilən  XII Beynəlxalq  festival-müsabiqənin laureatı olmuş, medal baş mükafata layiq görülmüşdür. 2008-ci ilin mayında Fransada,  Belçikada   İsveçdə keçirilən konsertlərdə uğurla çıxış edib. Bütün bu uğurlarına görə 2008-ci ilin iyun ayında - adı "Qızıl kitab"a yazılmaqla, Prezident təqaüdünə layiq görülüb.

- Hər iki övladınızın ayrı-ayrılıqda  kifayət qədər uğurları olub, bəs ötən ilin dekabrında Bakıda keçirilən Rostropoviç adına II Beynəlxalq Musiqi festivalında onların duet çalması kimin təşəbbüsü idi - özlərinin, ata ya analarının?

- Sadaladıqlarınızdan heç kimin. Anam onlara çox deyirdi  ki,  sizin duetiniz çox yaxşı olar. Ceyla razı idi. Amma Anar bu işə qol qoymurdu. Anam təkidli xahişlərdən sonra Anarı yola gətirdi dediyiniz duet  alındı. Həmin festivalda dünyanın çox yerindən musiqiçilər var idi. Onların da deməyinə görə Ceyla   Anar  Karmen”'i  yüksək səviyyədə ifa etmişlər.

Samirə xanım danışdıqca hiss edirdim ki, övladları ilə çox fəxr edir. Xalq artisti Uran böyüdüb boya-boşa çatdırdıqları bu istedadlı cütlüyü çox yüksək zirvələr gözləyir. İnanırıq ki, bu körpələrin sorağı dünyanın çox uzaq nöqtələrindən gələcək. O məkanlarda Azərbaycan musiqisi çağlayacaq!..

 

Mədəniyyət.- 2009.- 15 yanvar.- S. 9.