Ülviyyə

 

Musiqi alətlərimiz Tiflisdə saxlanılır

 

Qonşu Gürcüstanın paytaxtı Tiflisdəki xalq alətləri və mahnıları muzeyində 30-a yaxın XIX əsrin ortalarına aid qədim Azərbaycan musiqi aləti qorunub saxlanılır. Tiflisdə yerləşən xalq alətləri və mahnıları muzeyinin direktoru Revaz Kotrikadzenin məlumatına əsasən, 1975-ci ildən fəaliyyət göstərən muzeydə 2500 ədəd müxtəlif millətlərə məxsus musiqi alətləri və 2000-ə yaxın müxtəlif xalqların musiqiləri, eyni zamanda 18-ci əsrdən bu günə qədər qorunub saxlanılan xüsusi ansamblların və musiqi dəstələrinin foto şəkilləri də var. Onun sözlərinə görə, onların sırasında azərbaycanlılara aid 30-a yaxın qədim musiqi alətləri özünə yer alıb: "Bu alətlərin bir çoxunun 200-ə yaxın yaşı var. Turistlərin daha çox diqqətını cəlb edən alətlər isə saz və   zurnadır. Son zamanlar xalq alətlərinə, ümumilikdə qədim alətlərə  biganə yanaşmalar var. Azərbaycan və Gürcüstan həm qonşu, həm də strateji əməkdaşdırlar. İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, xalq alətləri ansambıllarının qarşılıqlı səfərlərinin daha da genişlənməsi lazımdır".

 

Xalq cəbhəsi. - 2009.- 7 yanvar.- S. 11.