Zümrüd   

 

“Muğamı yaşadanlar” bukleti Azərbaycan klassik sənətinə həsr olunub

 

Bukletdə Heydər Əliyev Fondunun muğamın qorunması, geniş miqyasda təqdimi istiqamətindəki layihələr haqqında məlumat verilir

Heydər Əliyev Fondu tərəfindən "Muğamı yaşadanlar" adlı buklet nəşr edilmişdir. Buklet Heydər Əliyev Fondunun muğamın qorunması daha geniş miqyasda təqdim olunması istiqamətində həyata keçirdiyi layihələr haqqında geniş məlumatı əks etdirir.

   Buklet Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın giriş sözü ilə başlayır.

   Mehriban xanım Əliyeva Azərbaycan musiqi sənətinin zəngin möhtəşəm abidəsi olan muğamın uzun tarixi bir yol keçərək əbədiyyətə qovuşduğunu, milli dünya mədəniyyəti üçün zəngin, mötəbər mühüm bir abidə kimi YUNESKO-nun "Bəşəriyyətin şifahi qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edildiyini diqqətə çatdırır.

   Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, həmçinin, muğamın qorunması, inkişafı təşviqi, onun zənginliyinin dərin fəlsəfəsinin gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun bir sıra uğurlu layihələr həyata keçirdiyini qeyd edir.

   Bukletdə Heydər Əliyev Fondunun muğamın qorunması daha geniş miqyasda təqdim olunması məqsədilə həyata keçirdiyi layihələr - "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu, Beynəlxalq Muğam Mərkəzi, Muğam Müsabiqəsi Proqramı layihələri haqqında geniş məlumat öz əksin tapmışdır.

   Bukletə "Muğam televiziya müsabiqəsi-2007" qaliblərinin qala-konsertindən ibarət DVD- daxildir.

 

Səs.- 2009.- 30 yanvar.- S. 4.