"Uşaq ili" həsr olumuş tədbirlər keçirilir

 

Arif Qazıyev: "Dövlət səviyyəsində uşaq mahnılarının yazılmasına diqqət yetirlməli və balacaların zövqünü əhatə edən musiqilər ifa edilməlidir"

 

Bildiyimiz kimi, Muğam Teatrında "Cücələrim" mahnısının 60 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Yanvarın 30-da keçiriləcək tədbirə tanınmış bəstəkar müğənnilər dəvət olunub. Bu haqda qəzetimizə məlumat verən teatrın bədii rəhbəri direktoru, respublikanın xalq artisti Arif Qazıyev bildirdi ki, Qənbər Hüseynlinin "Cücələrim" mahnısı 60 il bundan əvvəl yazılmasına baxmayaraq, müasir dövrümüzdə böyük maraqla ifa olunur, tamaşaçılar tərəfindən məhəbbətlə qarşılanır. Bu il respublikamızda "Uşaq ili"olduğu üçün belə bir məzmunda təbirin keçirilməsinə qərar verilmişdir. Arif Qazvyev son illərdə uşaq mahnılarının yazılmamasını bəstəkarların bu silsilə mahnılara laqeyd münasibətinin olmasını ürək yanğısı ilə vurğulayıb, yaradıcı şəxslərin repertuarında uşaqların yaş həddinə uyğun olan musiqi nömrələrinə yer verilməsinin əhəmiyyətini bildirdi: "Dövlət səviyyəsində uşaq mahnılarının yazılmasına diqqət yetirilməli balacaların zövqünü, dünyagörüşünü tam şəkildə əhatə edən musiqilər ifa edilməlidir. Azərbaycan bəstəkarlarından Oqtay Zülfüqarovun, Ağabacı Rzayevanın, Süleyman Ələskərovun, Fikrət Əmirovun b.-nın yaradıcılığında uşaq mahnıları xüsusi yer almış məharətlə həmin musiqi nömrələri azyaşlılar tərəfindən səsləndirilmişdir". Arif Qazıyevin sözlərinə görə, "Cücələrim"in 60 illik yubileyində "Keçi", "Baba" kimi uşaq mahnıları da səsləndiriləcəkdir. Bu ya digər mahnıları ifa etmək üçün tanınmış müğənnilər Faiq Ağayev, Nazpəri Dostəliyeva, Aygün Kazımova, Lalə Məmmədova, Rəhilə İbrahimova b.-ı tədbirə dəvət olunmuşdur.

   Teatrın 20 illik yubiley tədbirinin keçirilməsinə gəlincə isə Arif Qazıyev onu da bildirdi ki, bu mərasim dövlət tərəfindən aparılan təmir işləri ilə əlaqədar olaraq bir qədər gecikir. Yubiley mərasiminin mart ayında keçirilməsi planlaşdırılır. Teatrın direktoru qeyd etdi ki, muğam teatrı klassik üslubda inşa olunduğundan qədim ənənələr, memarlıq üslubu qorunub saxlandığından burada yalnız müasir tələblərə cavab verə biləcək tavanın dəyişdirilməsi nəzərdə tutulub. Teatrın bütövlükdə mənzərəsində heç bir dəyişiklik olmayacaq.

 

Səs.- 2009.- 23 yanvar.- S. 12.