Ayxan
"Eurovision-2009"-un seçimləri
başladı
Təmsilçimizin seçilməsi ilə bağlı
sənəd qəbulu aparılır
"Eurovision-2009" mahnı
müsabiqəsində Azorbaycanı təmsil edəcək
müğənninin adı və ifa edəcəyi mahnı
martın 16-dək məlum olacaq. "Eurovision"
müsabiqəsi üzrə Azərbaycan nümayəndə
heyətinin rəhbəri Adil Kərimli bildirib ki, martın
16-dək həm təmsilçinin adı, həm də ifa
olunacaq mahnı Avropa Yayımları Birliyinə təqdim
olunacaq: "Artıq təmsilçimizin seçilməsi
ilə bağlı sənədlərin qəbuluna başlamışıq
və 10 ifaçının sənədi rəsmi qeydiyyatdan
keçib. Ancaq bu proses hələ davam edir və
təmsilçimiz peşəkarlardan ibarət münsiflər
heyəti tərəfindən seçiləcək".
Ekspress.- 2009.- 8 yanvar.- S. 14.