“Bu il Azərbaycan “Eurovision”da daha ön sıralarda olacaq”

 

Aysel Teymurzadə: Özümü tam hazır hiss edirəm

 

AzərbaycanıEurovisionda təmsil edəcək Aysel Teymurzadə APA-ya eksklüziv müsahibə verib:

- Azərbaycan tamaşaçısı üçün o qədər tanış sima deyilsiniz...

- Musiqiyə həvəsim uşaqlıqdan yaranıb. İlk olaraq Əfsər Cavanşirovun xoruna yazılmışdım həmin xorda solo ifa edirdim. İlk uğurumPöhrəmüsabiqəsində olub, bu müsabiqədə birinci yeri qazanmışam. Daha sonra musiqi təhsili almaq arzumu gerçəkləşdirdim 13 yaşımda musiqi məktəbinin fortepiano şöbəsinə daxil oldum. Oranı qırmızı diplomla başa vurdum. Bundan sonra xüsusi proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarına getdim orada xor qrupuna yazıldım. ABŞ-da məni xorla birgə solo ifaçı kimi bir çox müsabiqələrə göndərdilər. Həmin müsabiqələrdən üçündə birinci yeri qazanaraq qızıl medala layiq görülmüşəm. Azərbaycana qayıtdıqdan sonraYeni ulduzmüsabiqəsində çıxış etmişəm. Sonra isəTələbə baharımüsabiqəsində birinci yerə layiq görülmüşəm. Tələbə baharı”ndan sonra isə tale məniEurovision”a gətirib çıxardı.

- “Eurovision”a hazırlıq prosesinə başlanılıbmı?

- Hazırda mahnı seçimi üçün kastinqlər davam edir fevralın 1-nə kimi mahnı qəbulu elan edilib. Biz əsas mahnının seçilməsini gözləyirik. Mahnı məlum olduqdan sonra isə artıq hazırlıqlara başlayacağıq. Ancaq bu o demək deyil ki, bu gün boş oturmuşam. Mən günümün əsas hissəsini xoreoqrafiyaya vokala sərf edirəm, eyni zamanda idmanla məşğul oluram. Yəni hər tərəfli çalışıram.

- Hansı mahnı janrını səs tembrinə daha yaxın hiss edirsən?

- Həmin müsabiqədə ifa edəcəyim mahnının hansı janrda olacağı hələ məlum deyil. Ancaq istəyirəm ki, mahnı çox ritmik şən olsun, həmin mahnıda Azərbaycanın milli elementləri yer alsın. Əsas odur ki, mahnı şən üslubda olsun.

- “Eurovision” səhnəsinə çıxmaq üçün özünü tam hazır hiss edirsənmi?

- Bəli, tam hazır hiss edirəm. Bilirəm ki, mənimlə peşəkar komanda işləyəcək. Ötən il olduğu kimi yenə UkraynanınEuroMediaşirkəti ilə birgə çalışacağıq. Artıq onlarla ilk görüşümüz olub. Söhbət əsnasında öyrəndim ki, bizə yardımçı olacaqEuroMediaşirkətinin çıxış nömrəsi ilə bağlı çox maraqlı fikirləri var. Ona görə ümid edirəm ki, biz istədiyimiz nəticəni əldə edəcəyik.

- Bəs geyim?

- Mahnı məlum olduqdan sonra geyimi müəyyənləşdirəcəyik. İmic formalaşdırmaq məsələsində professional insanlarla yanaşı mənim öz fikirlərin olacaq. Bir yerdə ortaq məxrəcə gəlib gözəl bir geyim hazırlanacaq.

- Mətbuat konfransında qeyd etdin ki, “inşallah, bu il birincilik Azərbaycanın olacaq”. Bu əminlik nəyə əsaslanır?

- Ümumiyyətlə, özümə çox güvənirəm. Ancaq bu o demək deyil ki, özümdən razı insanam, yox, sadəcə özümə arxayınam. Birinci olmaq Allahın işidir hər şey Onun əlindədir. Mən bütün qəlbimlə ümid edirəm ki, biz ön sıralarda olacağıq. Mən bunun üçün əlimdən gələni edəcəyəm. Azərbaycanı çox yüksək səviyyədə təmsil etmək üçün var gücümlə çalışacağam. Çünki bunu bütün qəlbimlə istəyirəm.

- Bu müddət ərzində ötən il Azərbaycanı bu yarışmada təmsil edən Elnur Samirlə görüşünüz olubmu? Onlardan məsləhətlər alıbsan?

- Yox, görüşümüz olmayıb. Mən Elnurla Samiri şəxsən tanımıram, onları ancaq ekrandan izləmişəm. Bəlkə gələcəkdə görüşdük. Elnur Samirə gəldikdə isə, bildirmək istəyirəm ki, onlar çox istedadlı uşaqlardır bu müsabiqədə birinciliyə layiq idilər. Əlimdən gələni edəcəyəm ki, onların göstəricisini qabaqlayım.

- Hesab edək ki, artıq Moskvadasan Azərbaycan təmsilçisi olaraq mətbuat konfransın keçirilir. Xarici media mənsubları qarşısında Azərbaycanı necə təqdim edərdin?

- İlk öncə Azərbaycanın çox qədim b

ir ölkə olduğunu deyər, tarixi ilə bağlı yetərli məlumat verərdim. Bildirərdim ki, Azərbaycanımızda hər şey var. Dünya tarixində iz qoyan şəxsiyyətlərimiz olub. Azərbaycan haqqında çox məlumatlıyam bütün bunları orada söyləyəcəyəm.

- Ümid edirik ki, “Eurovisionda iştirakdan sonra xasiyyətin dəyişməyəcək...

- Mən ziyalı ailəsində böyümüşəm. Atam jurnalistdir, uzun müddət o, Azərbaycan Dillər Universitetində fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışıb. Anam isə elmlər doktorudur Bakı Slavyan Universitetində işləyib. Əminəm ki, müsabiqədən sonra xasiyyətim dəyişməyəcək. Mən olduğum kimi qalacağam. Yəqin ki, hər şey yaxşı olar.

 

Yeni Azərbaycan.- 2009.- 24 yanvar.- S. 11.