“Kərbəla” əsəri səhnədə
Nəcəf bəy
Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrında türk yazıçısı
Bəkir Yıldızın
"Kərbəla" əsəri
əsasında hazırlanmış
tamaşanın premyerası
olub. Tamaşanın quruluşçu rejissoru Təvəkkül
Vəliyevin məlumatına
görə, bu səhnə əsərini
hazırlamaqda əsas
məqsəd Kərbəla
hadisələri zamanı
islam aləminin müqəddəs şəxslərindən
biri olan Həzrət Hüseyn tərəfdarlarının haqsızlıq
və zülmə qarşı mübarizəsini
tamaşaçılara çatdırmaqdır.
Rejissorun fikrincə, tamaşanın səhnəyə
qoyulması həmçinin
uzun illərdən bəri Kərbəla hadisələri ilə bağlı formalaşan yanlış təsəvvürlərin
aradan qaldırılması
məqsədini daşıyır.
Teatrın tarixində ilk
şəbeh əsəri
kimi səhnələşdirilmiş
"Kərbəla" tamaşasının
məsləhətçisi Qafqaz Müsəlmanları
İdarəsinin cənub
bölgəsi üzrə
səlahiyyətli nümayəndəsi
Hacı Sədi Axundzadədir. İnsanlar tamaşaya Aşura günü, yəni bu gün pulsuz baxa biləcəklər.
Həftə içi.- 2009.-
7 yanvar.- S. 8.