Mükərrəmoğlu M.
Ondan gülüş dolu bir dünya yadigar qaldı
Eldəniz Zeynalov o xoşbəxt
sənətkarlardandır ki, illər, əsrlər
ötsə də xatirəsi xalqın yaddaşından
silinməyəcək. Lentlərə
köçürülmüş tamaşaları, filmləri
bizim mənəvi yaddaşımızın
daşıyıcıları kimi
nəsillərdən-nəsillərə keçəcək.
Onun aktyor kimi xidmətləri çox böyükdür. Uzun
illər Azərbaycan Milli Akademik Teatrında teatr
sənətimizin inkişafına xidmət edən bu
böyük aktyorun yaratdığı rollar onlarladır
və hər biri əsl sənət nümunəsi
olmuşdur. Eldəniz Zeynalov təbiətən komik aktyor idi.
Onun rollarında klassik aktyor ənənələrindən
bəhrələnmə aydın hiss olunur. Bu rolların
hər biri yüksək istedadın məhsulu idi. O,
müxtəlif nəsil rejissorlarla işləmişdi və rejissorlar
onunla birgə işlərindən həmişə məmnunluqla
danışırdılar. Eldəniz Zeynalov bütün
yaradıcı ömrünü Azərbaycan teatr və kino
sənətinin inkisafına həsr etmişdi.
O, 1937-ci ildə Bakıda
dünyaya gəlmişdi. Ailədə üç
oğul idilər. Anası danışırmış ki,
"Eldəniz hamısından ərköyüa, az yeyən
və decəl olub. Yeməyin dərdindən qabındakı
küftələri qardaşlarına pulla satarmış. Böyüyəndən sonra,
60 yaşında da elə idi. Kiçik oğlu da ona
oxşayıb. Bir dəfə dedim ki, ay bala, sən nə vaxt
ağıllanacaqsan. Eldəniz qayıtdı ki, atası
ağıllananda". Uşaqlıqda çox dəcəl olub Eldəniz. Yuxarı
Dağlıq küçəsində yaşayıb.
Küçədə, qonşuda o qız qalmırdı ki,
ona sataşmasın. Hamının saçını
dartırdı. Anası ömür boyu ondan şikayət
edirdi. Məktəbdə
də bundan betər dəcəlliklər edirdi. Yaxşı
oxuyan şagird deyildi, tənbəl idi. Ancaq zirək, qoçaq olub.
Elə belə də məktəbi qurtarıb.
Eldəniz sözü üzə deyən adam idi. Fikrinə nə gəlirdisə, onu da üzə deyirdi. Amma ürəyində kin saxlamırdı. Ziyalı ata-ananın bu üç övladından ikisinin hərəsinin öz yolu, seçimi oldu, amma ailənin böyük oğlu Eldənizin alnına dayısı Həsənağa Salayevin yolu ilə getmək yazılmışdı.
Hələ uşaqkən dayısı ilə teatrlara ayaq açan balaca Eldəniz özü də bilmədən səhnənin sehrinə düşdü. Dövrünün ən məşhur pedaqoqu, böyük sənətkar Adil İsgəndərovdan dərs alırdı. Adil İsgəndərov onu "Əhməd haradadır?" filmində rola dəvət edir. Bu filmlə də aktyorun sənət yolu başlanır. İnstitutu bitirib Akademik Dram Teatrına təyinat alan aktyor həm teatrda, həm də "Azərbaycanfilm" kinostudiyasında paralel çalışırdı.
Eldəniz Zeynalovun
başına gələn gülməli əhvalatların birini
oxuculara xatırlatmaq istərdik. Eldəniz Yaponiyadan gətirilən xeyli
işlənmiş maşın almışdı.
Maşının da sükanı sağdaydı. O vaxtlar belə
maşınlar hələ təzə çıxırdı.
Eldəniz maşını
alan kimi gəlir mərhum aktyor Mikayıl Mirzənin yanına. Onu da götürüb
gedirlər
maşını
"yumağa". Şıx çimərliyindəki
kababxanada yaxşıca yeyib-içirlər. Axşam da
şəhərə qayıdırlar. “Azneft”i keçəndə yol polisi
görür ki, maşın ləngər vura-vura gəlir. Əl
eləyib maşını saxlatdırır. Eldəniz
maşından düşən kimi, şığıyır
polisin üstünə və özünəməxsus
tərzdə deyir: "Alə, yekə kişisiz, nə
istəyirsiz, bu camaatdan? Niyə adamları incidirsiz?
Ölürsüz rüşvət almaq üçün.
Görmürsüz, maşında iki böyük
sənətkar gedir? Mən cəhənnəm, Mikayıl
müəllimi tanımırsız bəyəm? Evdə televizorumuz
yoxdu?" Bu zaman Mikayıl tez maşından düşüb
girir Eldənizin qoluna. Yol polisindən üzr istəyib
Eldənizi maşına tərəf çəkir.
Özündən asılı olmayaraq, sol qapını
açıb Eldənizi içəri salır. Ozü də qayıdır
polisin yanına ki, bir az dil-ağız etsin. Maşına
vərdiş eləməyən Eldəniz də deyinə-deyinə
əlini sükana atır, görür sükan yoxdu. Tez
qapını açıb düşür və yüyrək
gələrək polisin yaxasından tutur ki: "Bura bax,
alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol
sükanı bəri ver".
"Bir cənub şəhərində"
filmindəki Tofıq rolu onun əsas kino
qəhrəmanlarındandır. "Yol əhvalatı"nda
isə rejissor T.Bəkirzadə ona şikayətçi
mənzil sahibinin rolunu həvalə etmişdi. Bu rolu əslində
filmin əsas qəhrəmanlarından biri kimi təqdim
edən aktyor obrazın bütün xarakterik cizgilərini
açır.
"Yaramaz",
"Məlikməmməd", "O qızı tapın,
"Həyat bizi sınayır", "Atları
yəhərləyin" və başqa filmlərdə onun
qəhrəmanları müxtəlif xarakterli insanlardır.
"Mozalan" satirik
jurnalının bədii süjetlərində
yaratdığı müxtəlif səpkili rolları
kiçik olsa belə yadda qalır, sevilir.
Onun zəhməti yüksək
qiymətləndirilmiş, "Əməkdar artist" və
"Xalq artisti" fəxri adlarına, "Humay"
mükafatına layiq görülmüşdür.
Xalq qəzeti.- 2009.- 7 yanvar.- S. 8.