Günay
"Müstəqilliyimiz əbədidir" adlı
tədbir keçirildi
Ötən gün Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Muzeyində "Müstəqilliyimiz
əbədidir" adı altında 20 Yanvar faciəsiylə
bağlı tədbir keçirildi. Tədbirdə həmin
faciənin şahidləri, 200 saylı Bağça Məktəb,
Lisey Kompleksinin (BMLK), 36 saylı məktəbin
şagirdləri və Aytan İctimai Birliyinin üzvləri
iştirak edib.
Tədbirdə
çıxış edən BMLK-nin direktor müavini
Xədicə Əliyeva bildirdi ki, uşaqlar
keçmişlərini bilməlidirlər ki,
gələcək həyatda özləri üçün
düzgün istiqamət seçə bilsinlər: "Onun
üçün də bu cür milli ruh üzərində
köklənmiş tədbirlərin silsilə formasında
keçirilməsi çox dəyərlidir".
Bu günlər qanlı tarixə
həkk olunmuş 20 Yanvar faciəsiylə bağlı
respublikamızın şəhər və rayonlarında bir
sıra silsilə tədbirlər keçirildiyini deyən bu
faciənin iştirakçısı Tofiq Seyidov qeyd etdi ki, bu
faciədən 19 il keçməsinə baxmayaraq, o
günkü dəhşətlər bu gündə onun
gözləri önündə canlanır. O gün
minlərlə oğul və qızlarımız
canlarını qurban verdilər və şəhidlik
zirvəsinə ucaldılar. Biz də hər il bu günü
qeyd etməklə yanaşı,o faciəni xaric
ölkələrdə və beynəlxalq qurumlarda
yayılmasına çalışmalıyıq". Bu birliyin
fəaliyyətində əsas istiqamətin maarifçilik üzərində
qurulduğunu deyən Aytan ictimai Birlyinin rəhbəri
Aygün Zamanlı bildirdi ki, hazırda müxtəlif orta
ümumtəhsil məktəblərindən həmin birliyə
üzv olan çoxsaylı şagirdlər var. İstəyirik
ki, gələcəyimizin qurucuları olan uşaqlar
vətənpərvər ruhda böyüsünlər. Sonda
isə məktəblilər "Qanlı 20 Yanvar
günü" adlı kompozisiya ilə çıxış
etdilər.
Paritet.- 2009.- 20-21 yanvar.- S. 12.