Qasımov Q.

 

Yeni uşaq tamaşaları səhnələşdiriləcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə uşaq ili elan edilən 2009-cu ildə Dövlət Akademik Opera Balet Teatrı kiçik yaşlı tamaşaçılar üçün iki yeni tamaşanınAzərbaycanın əməkdar incəsənət xadimi Nazim ƏliverdibəyovunCırtdanoperası Avstriya bəstəkarı İohann Ştrausun musiqisi əsasındaDüyməcikbaletinin quruluşunu verməyi nəzərdə tutmuşdur.

Cırtdanoperasının quruluşunu əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev verəcəkdir. Tamaşanın musiqi rəhbəri dirijoru əməkdar incəsənət xadimi Kazım Əliyevdibəyovdur. Operanın premyerasının martın sonunda keçirilməsi nəzərdə tutulub.

Opera Balet Teatrının rəhbərliyi İ.ŞtrausunDüyməcikbaletinin quruluşunu vermək üçün Rusiyanın xalq artisti, məşhur xoreoqraf Liya Sabitovanı dəvət etmişdir. Balet tamaşasının musiqi rəhbəri dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı Rusiya Akademik Böyük Teatrından dəvət olunmuş Dmitri Çerbadjidir. Bir neçə ay bundan öncə D.Çerbadji çox böyük uğurla səhnəyə qoyulanYeddi gözəlbaletinin səhnə tərtibatını vermişdir.

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görəDüyməcikbaleti Opera Balet Teatrının Bakı Xoreoqrafiya Məktəbi ilə birgə layihəsidir. Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş bu tamaşada teatrın balet truppasının artistləri ilə yanaşı, həm Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri çıxış edəcəklər. Baletin quruluşu üzərində işlərin teatr mövsümünün sonuna kimi tamamlanması nəzərdə tutulmuşdur.

Quruluşu yüksək bədii səviyyədə həyata keçiriləcək hər iki tamaşa gələcəyimiz olan uşaqların sağlam ruhda böyüməsi, onlara bədii-estetik balet sənətinə məhəbbət aşılamağa xidmət edəcəkdir. Bu tamaşalar Uşaq ili çərçivəsində Opera Balet Teatrı rəhbərliyinin öz kiçik tamaşaçılarına töhfəsi olub, uzun illər repertuarda möhkəm yer tutaraq onlara sevinc bəxş edəcəkdir.

 

Xalq qəzeti.- 2009.- 29 yanvar.- S. 7.