Günay

 

"Ya Qarabağ, ya ölüm..." adlı sərgi keçirildi

 

Sərgidə 40 müəllifin 70-ə yaxın əsəri nümayiş etdirilirdi

 

Bu il 20 Yanvar hadisəsinin XİX-cu ildönümü ilə əlaqədar olaraq bir sıra mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də dünən Bakı Gənclər və İdman Baş İdarəsinin təşəbbüsüylə "Abşeron" rəsm qalereyasında "Ya Qarabağ, ya ölüm..." adlı sərgi reallaşdı. Artıq 3 ildir ki, qalereyanın rəhbərliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bu mövzuda sərgi təşkil edir. Sərginin ekspozisiyasında 40 müəllifin 70-ə yaxın əsəri nümayiş etdirilirdi. "Abşeron"    milli tariximizin bu faciəli səhifəsinə həsr olunmuş rəsm sərgisinin müntəzəm olaraq hər il keçirdiyini deyən idarənin rəhbəri Raqif Abbasov həmin dövrdə informasiya blokadası şəraitində ilkin olaraq bu faciə və onu törədənlərə qarşı öz etirazını bildirən ulu öndərimiz Heydər Əliyevin danılmaz xidmətlərinə toxundu.

Bir neçə natiqin faciəylə bağlı çıxışlarından sonra sərginin açılışı oldu. Hər bir gənc rəssam heç vaxt unudulmayacaq faciəni əsərində rənglər vasitəsiylə müxtəlif cür təsvirini vermişdir. Əsərlərin bir hissəsi vətənimizin ərazi bütövlüyü və istiqlalı uğrunda canlarını əsirgəməyən insanların qəhrəmanlığını vəsf edir. Bu sərgidən Aynur Qasımovanın "Vətən uğrunda", Nərmin Nəbiyevanın, "İstiqlal fədailəri" Yaylagül Ramazanovanın "Bizi qorxuda bilməyəcəksininz", İlyas Əhmədovun "Qan içində", Aysel Əsgərli "Parla! Ey istiqlal günəşi", Qeyrət Hüseynovun "20 yanvar" əsərlərini sərgidə görmək mümkün idi. İstiqlal fədailərimizin üsyankar ruhu gənc müəllif Rəfiqə Quliyevanın "Ruhların üsyanı" kompozisiyasında özünəməxsus tərzdə təsvir olunmuşdur. Fatimə Mövlamova isə "Üsyankar şəhərin uşaqları" rəsmində balaca qəhrəmanları təsvir edir. Ağaxan Ramazanov "Qisas" kompozisiyasında oğlunu qətlə yetirən təcavüzkarlara qarşı balta qaldıran qəzəblənmiş ananı əks etdirib. Əsərlərin əksəriyyətində 20 Yanvar faciəsinə, onun səbəbkarlarına səlis siyasi qiymət verilir. Həddini aşmış hərbi geyimli quldurların əməlləri Aysel Kamilovanın 'Təcawüzkarlar", Səbinə Məsimovanın "Bu kino deyildi..", Səidə Kazımzadənin "Fatehlər" kompozisiyalarında təsvir olunur. Yeniyetmə rəssamlar hərbçilərin uşaqlara qarşı törətdiyi cinayətlərə qarşı daha amansızdırlar. Vüsalə Babayevanın "Uşaqların günahı idi?" Əfruz Qufamovanın "Bir damla qan" Fərid Tahirovun "Uşaqlarla müharibə" rəsmlərində beynəlxalq hüquqda hərbi cinayət sayılan bu əməllərə siyasi qiymət verməyin vaxtı çatdığını söyləyirlər. Eksponatlar arasında gənc rəssam Arif Niftəliyevin "Ya Qarabağ, ya ölüm!" seriyasından 3 plakatı da diqqəti cəlb edir. Onlar "Qan yaddaşımız ", "Hədəf" "Sual altında " adlanır. Sərgidə olan məktəbli rəssam Şəfiqənin çəkdiyi kompozisiya da diqqətimizi cəlb etdi. Bizim söhbət əsnasında rəssam qız bildirdi ki, cəmi bir ildir ki, "Uşaq dünyası Rəsm Studiyasında" rəssamlıqla məşğul olur. O rəngkarlıq, qrafika peyzaj janrında əsərlərini yaradır.

Bir maraqlı faktı da qeyd etmək isətrədik ki, qəlbi ürəyi daim Vətənlə döyünən Almaniyanın Koblens şəhərində yaşayan soydaşımız, Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun da əsərləri sərgidə nümayiş etdirildi. Sərgidə rəssamın 20 Yanvar faciəsinə həsr olunan 5 qrafik kompozisiyası nümayiş olunurdu. ("Ana fəryadı", "Dərdli adam", "Haray", "Azadlıq uğrunda", "Bunu heç vaxt unutmayacağıq"). nətsevərlərin nəzərinə çatdıraq ki, sərgi yanvarın 21 -dək davam edəcək.        

 

Paritet.- 2009.- 20-21 yanvar.- S. 14.