Bir aktyorun teatrı

 

Yanvarın 9-da yaratdığı  rolları ilə tamaşaçılarının qəlbində yaşayan  Xalq artisti, "İlham" Miniatür Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamalın 60 illik yubileyi qeyd olundu.

Onunla universitetin kafedrasında görüşdük. Sadə, səmimi dərin məntiqə köklənən söhbətləri ilə seçilən bu insanla ünsiyyətimiz həqiqətən maraqlı oldu. Görüşümüzə səbəb aktyorun yubileyi idi: "Mən daha çox işləmək, öz yolumla getmək barədə düşünmüşəm. İlk rolum Azərbaycan Dövlət Dram Teatrında rejissorTofiq Kazımovun quruluşundə Şekspirin "Fırtına" pyesində Adrian olub. Həyatda bir vaxtlar bu teatrın səhnəsində heyranlıqla izlədlyim görkəmli insanlarla bir səhnəni bölüşmək imkanı qazandım. Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Əliağa Ağayev, Hökumə Qurbanova, Möhsün Sənani digər görkəmli sənət adamları ilə birgə bir teatrda çalışıb, onlarla tərəf-müqabili oldum. Burada bir aktyor kimi qol-qanad açmağımda Tofiq müəllimin danılmaz əməyi var idi. Adil İsgəndərovun aktyorluq sənətindən, Rza Təhmasibin təcrübəsindən yararlandım. Onların pedaqoji təcrübəsi bizim sonrakı uğurlu səhnə həyatımıza öz təsirini göstərdi".

Yeri gəlmişkən, onu da qeyd edək ki, İlham müəllim "Tədris" teatrında bir çox rollar oynayıb. O, burada "Müsyö Jordan Dərviş Məstəli şah" pyesində dərviş Məstəli şah, Şekspirin "Hamlet"ində Hamlet, Anarın "Şəhərin yay günləri"ndə Firuz digər yaddaqalan rollar ifa edib. Onun Hüseynağa Atakişiyevin yaratdığı "Gənclər teatrı"nda da zəngin parlaq yaradıcı aktyorluq işi olub. İlham müəllimin bu teatrda ilk rolu S.Stratiyevin "Çarəsiz sərnişinlər" əsərində Məsuliyyətsiz obrazı oldu. Bu teatrda onun ən uğurlu rolu "Dadaşbala əməliyyatı"nda Dadaşbala obrazıdır.

Maraqlı aktyor heyəti ilə alınan ünsiyyət tamaşanın bir qədər də duzlu alınmasına imkan yaradıb. Bunun ardınca Rober Tomanın "Arvadımın qatili" detektiv komediyasında Daniel, Vaqıf Səmədoğlunun "Dağ tikirik" pyesində Kələntər, İsi Məlikzadənin "Sultanqulu körpüsü"ndə Sultanqulu obrazlarını məharətlə ifa edib. Bu fəaliyyətin sırasında "İlham" MiniatürTeatrının xüsusi yeri var. Müasir dövrün reallığının carçısına çevrilən, sənət prinsipləri ilə diqqəti cəlb edən, şən, məzhəkə səciyyəli, yumoristik səpkili tamaşalar bu teatrda qurulub. Bunlardan Anarın "Əl əli yuyar", R.Səməndərin "İlhamın sərgüzəştləri", "Novruz", "Xan-xan oyunu", "Hoqqabaz şaxta babalar", R.Əlizadənin "Don Juan Abşeronski", "Bəxtimin kələyi", "Dünyanın axın" və s. kimi tamaşaların adını çəkmək. olar. Tamaşaçılarını şit, bayağı gülüşdən uzaqlaşdırıb, düşünməyə vadar edən teatr kollektivi gerçəkliyi tamaşaçılarının nəzərinə obrazların timsalında çatdırır və onları düzgün yol seçməyə istiqamətləndirir. Bu gün ölkəmizin bir çox guşələrində - Quba, Şamaxı, Şəki, Yevlax və digər yerlərdə teatrsevərlərin görüşünə yollanan kollektiv növbəti səfərlərə də hazırlaşır. Təmirə qədər Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən Gənc Tamaşaçılar Teatrının binasında yerləşdirilən "İlham" Miniatür Teatrı hələ ki fəaliyyətini səyyar tamaşalar əsasında qurur. Müsahibimiz deyir ki, bu teatrın səhnəsindən tanınan gənclərin digər teatrlara, filmlərə dəvət alması özü də bir körpüdür: "Mən bu teatrı yaradarkən Mədəniyyət və İncəsənət Universitetinin rektoru hörmətli Timurçin Əfəndiyevlə görüşüb gənc aktyorlar axtardığımı söylədim. O isə öz növbəsində mənim bu universitetdə niyə pedaqoji fəaliyyətlə məşğul olmadığımı soruşdu. İşlərimin çox olduğunu qeyd etsəm. də, o, sistemləşdirilmiş iş metodunu təklif etdi. Bildirdi ki, burada gənc istedadları istiqamətləndirməklə universitetlə teatrlar arasında körpü yaratmaq olar. Həqiqətən də bir vaxtlar bizə aktyorluq sənətindən dərs deyən sənətkarların da teatrlarla bilavasitə əlaqəsi olub. Bu mənada təşəbbüs öz aktuallığı baxımından həm də faydalı idi. İndi bu unlversitetdə baş müəllim işləyirəm".

O, təkcə teatrda deyil, televiziyada, kinoda, "Mozalan" satirik kinojurnalında yaratdığı maraqlı obrazları ilə də sevilib. Mavi ekranda ilk rolu Yeni il şənliyindən başlayıb. "Zaqs" adlanan kiçik tamaşada tərəf müqabili Əliağa Ağayev olub. "Səadət" sarayında nikah kürsüsünə əyləşən gəncin yaratdı yumoristik parça onun ilk ekran işi olub. İlk uğurlu addımdan sonra ardıcıl olaraq televiziya tamaşalarına, "Səhər" proqramına dəvətlər alıb. "Bir aktyorun teatrı", "Göz həkimi", "Evləri köndələn yar" digər televiziya tamaşaları, yumoristik yazıçı Cahangir Aslanoğlunun duzlu-məzəli novellaları, xüsusən müəllifin ekranlara gətirdiyi xor dirijori Əntərzadə yaddaqalan obrazlardan biri kimi tamaşaçıları güldürərək düşüncələrə daldırdı. "Mozalan" kinojurnalında isə onun olduqca məzəli yumoristik rolları şirin zarafatlara çevrilib.

İlham müəllim "Qayınana" filmində yaratdtğı İlqar rolundan da bəhs etdi: "Mən bu filmə çəkiləndə 28 yaşım var idi. Dram teatnda işləyirdim. Bu filmə qədər Nəsibə Zeynalova ilə televiziya-çəkilişlərində tərəf-müqabili olmuşdum. Onunla birgə filmdə rol almaq olduqca maraqlı idi. Onun tövsiyələrini, gənclərə qayğısını burada da hiss etdim. Ümumiyyətlə, o zaman sənətdə ilk addımlarını atan gənclərin həyatı bir qədər fərqli idl. Mənim aylıq gəlirim 1000 manat idi, İstədiylm qədər xərdəyirdim, hətta ailəmizə kömək edə bilirdim. İndi bir qədər fərqli şərait var. Düzdür, getdikcə gənclərin şəraiti yaxşılaşdırılır. Ancaq sənətdə istedadlar olmalıdır. Universitetdə istedadların yolu istiqamətləndirilir. Bəzən teatr aləmində yaxşı sənətkar ola biləcək kadrlar çətinliklərdən ehtiyat edib başqa sənətə üz tuturlar. Bu o qədər ürəkaçan deyil. Bizim yaxşı, bacarıqlı tələbələrimiz çoxdur. Ümid edirəm ki, onlar bu sənətdə layiqli zirvələrə qədər olan enişli-yoxuşlu yolları ürəklə addımlamağı bacaracaqlar".

İstedadlı aktyorumuz Musiqili Komediya Teatrında da obrazlar üzərində çalışır. O, Hacıbaba Bağırovun dəvəti ilə bu teatra gəlib. Bu gün yeni repertuarla teatrsevərlərin görüşünə gələn MKT- həvəslə çalışan aktyor durmadan, böyük coşqu ilə öz sənət yolunda inamla addımlayır. Hələ qarşıda daha böyük işlərə imza atacaq sevimli aktyorumuzu yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirik.

 

Mədəniyyət.- 2009.- 15 yanvar.- S. 7.