İlham Namiq Kamaldan yubiley hesabatı
Bu gün
Musiqili Komediya Teatrının aktyoru və İlham Miniatür Teatrının
rəhbəri, xalq artisti İlham Namiq Kamalın 60 yaşı tamam olur. Ömrünün yarısını sənətə
həsr edən aktyor 60 yaşında tamaşaçılarına hesabat
verməyə hazırdımı?
Bizimlə
söhbətində o
bildirdi ki, hər bir sənət
adamının yaradıcılığı
mərhələlərə bölünür və bu mərhələ keçdikcə arxaya nəzər yetirir ki, mən nə
iş görmüşəm:
"Mən də dönüb arxaya baxanda uzun bir
yol görürəm.
Amma bunları sadalamaq istəmirəm, konkret olaraq, indiyə qədər istər teatrda, istərsə də, filmlərdə yaratdığım
obrazları yada salmaq kifayət edir. Aktyorluq sənətinin şərəfli
olduğunu deyən İlham müəllim bunun bir o
qədər də çətin və məsuliyyətli olduğunu
bildirdi. O, qeyd etdi ki, tamaşada
cilddən-cildə girib, başqasının maskasını taxmaq və onun kimi
düşünmək olduqca
çətindir: "Əgər
bu, asan olsaydı, onu hamı edərdi. Aktyorluq yeganə sənətdir ki, həm rol oynayanda,
həm də məşq edəndə adam ürəyinin müəyyən tellərini,
əsəbini itirir. Aktyor sənəti əsəb üzərində
qurulub. Tamaşaçı gəlib gülür,
ancaq sən o vəziyyəti ifa etmək üçün nə qədər əsəb gərginliyi keçirirsən".
İlham Namiq Kamal sənətdə sözünü demiş bir sənətkar kimi bu sənəti
davam etdirən gənclərdən də
söhbət açdı. Azərbaycanda
istedadlı gənclər
yetişdiyini deyən
aktyor, istedadsızların
da olduğunu bildirdi: "Sənət aləmində gülməli
adamlar da çoxdur. Onlara nəinki səhnədə,
adi halda küçə ilə gedərkən də güləcəklər. Bir
də var ki, cəmiyyətdə olan insanlardan fərqlənməyən adi
insan. Ancaq o, səhnədə elə maraqlı gülüş vəziyyətləri,
xarakter yaradır ki, heyran qalırsan.
Bax, budur bizim aktyor sənəti.
Aktyor sənəti də yalnız o zaman qiymətlənir.
Biri var, savadsız adamın səhnədə oynadığı
alverçi obrazı,
biri də var savadlı adamın təqdim etdiyi analoji obraz. Bunlar tam
fərqlidir. Hər bir sənət adamı öz tərbiyəsini səhnəyə
gətirir. Mədəni,
səviyyəli bir aktyorun səhnəyə gətirdiyi obraz həmişə maraqlı
bir qalereya kimi qalır. Bəsit, dayaz adamın gətirdiyi xarakter isə silinib gedir".
Sonda aktyor onu da
vurğuladı ki, ad gününü hazırda dostlarının
əhatəsində keçirsə
də, yubileyi apreldə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
qeyd olunacaq. Onun sözlərinə görə, onun haqqında yubileylə əlaqədar "Teatr - məhəbbətim mənim"
adlı kitab hazırlanır.
Üç nöqtə.- 2009.- 9
yanvar.- S. 13.