Xatirə

 

Rəqs qruplarımız tanınırmı?

 

Mükəmməl tarixi olan milli rəqslərimiz var. Bəs Azərbaycan rəqsləri xaricdə əvvəlki həvəslə qarşılanırmı bütün dünyada tanınan rəqs qrupumuz varmı? Bu sualla baletmeyster Zakirayevə müraciət etdik: "O həvəs bu gün var. Üstəlik, son zamanlar biz rəqslərə bir qədər fərqli yanaşırıq. Mahnı Teatrında həm Azərbaycan rəqslərini, həm dünya xalqlarının rəqslərini ifa edirik. Amma son zamanlar düşünürük ki, əgər biz digər xalqların rəqslərini ifa ediriksə, niyə digər xalqlar bizim rəqsləri ifa etmirlər? İndi bizim diasporumuz bütün dünyada çox gözəl təşkilatçılıq edir. Onlar həmin baletmeysterləri həmin ölkələrə dəvət edə bilər bunun sayəsində digər xalqlar da bizim rəqs mədəniyyətimizi öyrənərlər. Qaldı rəqs qruplarımızın tanınmağına, bizdə olan rəqs qruplarının müəllimləri məndən inciməsinlər: onlar bir az tənbəldirlər. Həm bizim ən məşhur rəqs kollektivlərimizin reklam çarxları yoxdur. Mütləq təbliğat lazımdır. Yəni rəqs kollektivini tanıtmaq kommersiya konsertlərinə çıxmaq üçün mütləq reklam çarxları lazımdır". Bununla yanaşı, Zakir müəllim Azərbaycan rəqslərinin gələcəyinə inandığını bildirdi: "Mən rəqsimizin gələcəyinə inanıram. Əgər xalq yaşayırsa, onun qanından keçən musiqi, rəqs yaşayacaq".

 

Həftə içi.- 2009.- 20-21 yanvar.- S. 7.