Alim

Yeni mədəniyyət konsepsiyası hazırlanır

 

Nizami Cəfərov: "Şou-biznesin təşkilini qanunla təsbit edə bilmərik"

 

Son günlər telekanallarda milli-mənəvi dəyərlərin korlanmasına xidmət edən verilişlərin sayı artıb. Şou-biznes aləmində baş verən hadisələrin efir məkanında qabardılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Məhz bu kimi halları nəzərə alan xanım millət vəkilləri milli-mənəvi dəyərlərin qorunması məqsədilə təşəbbüalə çıxış ediblər. Müsahibimiz millət vəkili, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərovdur.

- Nizami müəllim, Yaxın günlərdə Milli Məclisin yaz sessiyası fəaliyyətə başalayır.

Rəhbərlik etdiyiniz mədəniyyət məsələləri daimi komissiysı yaz sessiyasında hansı qanun layihələrini müzakirəyə təqdim edəcək?

- Milli Məclisin yaz sesiyasında mədəniyyət sahəsində ayrıca qanunun qəbulunu nəzərdə tutmamışıq. Ancaq müzakirəsi aparılan "Yaradıcılıq təşkilatları haqqında" qanun layihəsinin müzakirəsi davam etdiriləcək. İndi elə bir vəziyyət yaranıb ki, yaradıcı qurumlarla bağlı xeyli müzakirələrin aparılmasına ehtiyac var. Ona görə də nəzərdə tutulub ki, parlamentin yaz sessiyasında müzakirəyə çıxarmayaq. Çünki bu qanun lahiyəsinin geniş müzakirəsi aparılmalıdır ki, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Koinomotoqrafçılar İttifaqı kimi yaradıcı qurumlarla bağlı  bir sıra müzakirəsi olası məsələlərimiz var. Bu qanun layimhəsinin ilk müzakirəsi zamanı məlum olodu ki, sənəddə bir sıra konkret məsələlər qoyulmalıdır, ki, hələləik bu məsələlr ilazımi səviyyədə işləyib başa çatdıra bilməmişik. Ona görə, bu qanunun parlamentdə müzakirəsini saxlaycağıq. Bundan başqa, bizim artıq neçə ilərdən bəri üzərində düşündüyümüz "Mədəniyyət haqqında" qanundur ki, bu sənəd 10 ildən artıqdır ki, qəbul edilib. Bu qanuna ciddi dəyişikliklər etməliyik, hazırda bu qanun üzərində iş aparılır. Mədəniyət və Turizm Nazirliyi ilə razılaşmışıq, müəyyən məsələlər götür-qoy edilir. Ola bilsin ki, işimizi baş çatdıra bilsək, "Mədəniyyət haqqında" qanuna dəyişikliklər və əlavələr yaz sessiyasına təqdim edilsin. Hazırda komissiyanın özündə bir sıra məsələlərin müzakirəsi aparılır. Ayrıca xüsusi qanun qəbul etməsək də şou-biznes, televiziya verilişlərinin incəsənətlə əlaqəli hissəsi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Çünki bu məsələlər cəmiyətdə geniş reaksiya doğuran məsələlərdir. Bu sahədəki problemlərin mətbuatda müzakirəsi aparılır. Xüsusilə teleseriallar, şou-proqramla bağlı elə məsələlər var ki, bunların nəzərdən keçirilməsinə ehtiyac var.

- Azərbaycanda yeni mədəniyyət konsepsiyasının hazırlanmasına ehtiyac varmı?

- Mədəniyət və Turizm Nazirliyində yeni mədəniyyət konsepsiyası hazırlanaraq müzakirələrdən keçib. Amma hələlik bu sənəd təsdiq olunmayıb. Mədəniyyət konseasiyası prezident tərəfindən təsdiq edilməlidir. Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyası olaraq biz də həmin sənədin təkmilləşdirilməsində iştirak edirik. Yəqin ki, mədəniyyət konseasiyası yaxın günlərdə təsdiqini tapmaladır. Konsepsiyadan irəloi gələn bir sıra məsələlr var ki, onlar "Mədəniyyət haqqında" qanunda əksini tapacaq.

- Milli Televiziya və Radio Şurasının Türk teleseriallarının Azərbaycan dilində efirə verilməsi ilə bağlı qəbul etdiyi qərarı necə qiymətləndirirsiniz?

- Milli Televiziya və Radio Şurasının bu qərarına mənim münasibətim o qədər də müsbət deyil. O mənada ki, Azərbaycan televiziyalarında türcə olan seriallar, istər türk serialları, istərsə də türkcəyə çevrilmiş seriallar bizin telekanallarda həmişə verilib və elə də mənfi reaksiya doğurmayıb. Yəni anlaşma baxımından problem yaranmayıb. Amma Teleradio Şurasının qərarını təsadüfi və ya Türkiyə türkcəsinin əlehinə yönəlmiş qərar kimi qəbul etmək olmaz. Sadəcə, bizim öz dövlət dilimiz Azərbaycan dili olduğundan türkcə verilişlərə və teleseriallara müəyyən limit qoyulmalıdır. Bu limitin qoyulmaması gətirib ona çıxarır ki, bizim televiziyalarımız ya tənbəllik edir, ya maliyyə xərcləmək istəmir, ona görə də müasir dünyanın maraqlı filmləri Azərbaycan dilinə tərcümə olunmur. Nəticədə istər-istəməz televiziyalarımız ancaq türk serialları ilə doldurulur. Bruda söhbət ondan getmir ki, seriallar türkcədir, yaxud Azərbaycan türkcəsindədir, söhbət ondan gedir ki, teleserialların müəyyən hissəsi yüksək zövqə xidmət etmir. Bununla belə yaxşı olardı ki, Teleradio Şurası bu şəkildə kəskin qərar vermək əvəzinə müəyyən limit qoyardı.

- Bildirdiniz ki, şou biznes haqqında qanun qəbul etmək məsələsi gündəmdə durmur.

Elə isə bu sahədəki problemlərin aradan qaldırılmasınan hansı alternativ yollarını görürsünüz?

- Belə bir qanunun qəbulunu nəzərdə tutmuşduq. Amma məlum oldu ki, bu bir o qədər də özünü doğruldan məsələ deyil. Ona görə məsələnin daha çox ictimai müzakirəyə verilməsi qərara alındı. Belə bir qanun layihəsi hazırladıq, amma aydın oldu ki, bu sahədə xüsusi cavabdehlər tapmaq çox sətin məsələdir. Azərbaycanda şou-biznes inkişaf edir və etməlidir, getdikcə təkmilləşməlidir. Müasir zəmanədə şou-biznes bütün dünya televiziyalarında yer almış bir məsələdir. Belə şəraitdə təbii ki, milli-mentalitet, dünya səviyyəsi gözlənilməlidir. Etiraf edilməlidir ki, hazırda bu problemlərimiz var ki, bunu da qanunda təsbit edə bilmərik. Bunun üçün geniş müzakirələr aparılmalı, peşəkarlar sözlərini deməlidir. Məsələn, Azərbaycanda belə bir təcrübə var ki, Mədəniyət və Turizm Nazirliyi bir neçə dəfə bütün televiziya rəhbərləri ilə görüşüb. Müəyyən nümunələr təqdim edilib ki, bu tipli verilişlr maraqlı olardı. Gərək bizim telleviziyalar bu məsələləri öz veriliş siyasətində müzakirə etsinlər. Çünki bizim elə bir özəl televiziyamız yoxdur ki, on yaşdan kiçik olsun. Deməli, onların hər birinin müəyən təcrübəsi, peşəkarlığı var. İndi bizim "ATV" kimi elə televiziyalarımız var ki, daha çox şou-biznes sahəsində verilişlərlə ixtisaslaşıb. Bu sahədə böyük təcrübə qazanıb, müəyyən qüsurları aradan qaldırıb, istər-istəməz burada mütəxəssislər və təcrübə var. Belə halda mütəxəssislər özləri müzakirə etməlidir ki, harada, nəyi necə etmək lazımdır. Bu mənada biz şou-biznes sahəsinin təşkilini qanunla təsbit edə bilmərik. Amma ictimai müzakirələr və Mədəniyyət və Turizm Nazirliyinin ardıcıl müdaxiləsi lazımdır.

- Rəhbərlik etdiyiinz mədəniyyət məsələləri daimi komissiyası telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı hər hansı təklif, yaxud tövsiyə ilə çıxış edə bilərmi?

- Mlli-mənəvi dəyərlərin qorunması məsələsinə müasir şəkildə yanaşmaq lazımdır. Bəzən bizimkilər milli-mənəvi dəyərlərin qorunması dedikdə yalnız uzun müddət təcrübəsi olan"AZTV"ni misal göstərirlər. Ancaq demək olar ki, milli-mənəvi dəyərlərin qorunmasında eyni müvəffəqiyyətlə daha müasir səviyyədə "İctimai televiziya"nı da misal göstərmək olar. Bunula yanaşı, milli-mənəvi dəyər bir potensiyadır. Onu əsas götürərək sui-istifadə edib televiziyaların axtarışlarına hücum etmək olmaz. Telekanallarda axtarış, müasirlik olmalıdır. Xalq gülməyi, zarafat etməyi, əylənməyi bacarmalıdır. Sadəcə olaraq, bu yüngül texnologiyalarla deyil, lazımi mənəvi zəngilliklə olmalıdır. Nəzərə almaq lazımdır ki, təxminən 3-5 il mövcud olan yüngül texnologiyalar artıq televiziyalarımızda yoxdur. Yəni axarışlar elə gedir ki, istər-istəməz milli mənəvi dəyərlər ifadə olunur, bu potensial tədricən təzahür edir. Mən onun da tərəfdarı deyiləm ki, elə  milli-mənvi dəyərlər deyib, bunu çox dedant şəkildə anlayaraq nəyə isə çalışaq. Düzdür, bizim mədəniyyət və incəsənətimizin etnoqrafik göstəriciləri var ki, proqramlarda onlar da ifadə olunmalıdır. Məcbur deyil ki, bir televiziya həm etnoqraifik, həm də müasir texnologiyaları ifadə etsin. Ola bilər ki, hansısa televiziya təkcə ən süasir texnologiyaları ifadə edir. Bəzən də milli-mənəvi dəyər deyəndə, onu çox məhdudlaşdırırlar. Elə ümumbəşər dəyərlər özü mənəvi dəyərdir. Belə çıxmasın ki, təkcə bizim xalqımız tərbiyəlidir, dünyada olan başqa xalqlar isə tərbiyyəs, məsələni bu şəkildə də qoymaq olmaz. Dünyada ümumi sənət mobelləri var, sənətin öz nəzəriyyəsi, təcrübəsi, öz modelləri var. Məsələrə bu səviyyədə yanaşmaq lazımdır. Təbii ki, bir ağsaqqal etiraz edə bilər ki, mən evdə oğlum, gəlinim, qızımla oturub televiziyaya baxanda bir müğənni çılpaq oxuyur və mən baxa bilmirəm. Belə halda gərək həmin proqrama baxmayasan. Yəni milli-mənəvi dəyəri yalnız televiziyalar deyil, insanlar özləri də gözləməlidir. Azərbaycan televiziyalarında on baxmayacaqsan, kabel televiziyalarında baxacaqsan. Çünki dünyanın hər yerində bu şey göstərilir. Bu mənəada məsələlərə hər şeyi nisbətində yanaşmaq lazımdır.

- Azərbaycanda ayrıca mədəniyyət telekanalının yaradılmasına ehtiyac varmı?

- Ölkədə belə bir telekanalın yaradılmasına ehtiyac var. Ancaq bu kanal dövlət tərəfindən maliyyələşdirilməlidir. Əgər bu kanal istənilən subyektiv mənbə tərəfindən maliyyələşəcəksə, istər-istəməz o da belə formaya düşəcək. Əksinə, mədəniyyət kanalı dövlət tərəfindən maliyələşdirilsə, ətrafında peşəkar məsləhəçilər toplanarsa, müasir mədəniyyətimizi təmsil edən, tarixi mədəniyyəti yaxşı bilən mütəxəssislərdən ibarət komissiya yaradılarsa norrmal  veriliş siyasəti ilə formalaşa bilər. Özü də ki, vacib deyil ki, bu kanal bütün gün ərzində efirə getsin, günün ən çox tamaşaçı toplaya biləyəci vaxtında 4-5 saat ərzində verilən nümunəvi  mədəniyyət kanalı ola bilər. Mütləq  lazım deyil  nəzərdə tutulsun ki, uzun illər bu kanal fəaliyyətini davam etdirəcək. Sadəcə, belə kanal  bizim efir məkanına nümunə göstərə bilər. Bu, Mədəniyyət və Turizi Nazirliyinin kanalı ola bilər. Bütün halda dövlətin maliyyələşdirdiyi bir mədəniyyət kanalına ehtiyac var ki, milli mənəvi dəyər deyib  qalıdırdəğımız iddiaları mərkəzləşdirsin. Nəticədə həmin iddiaların kanalı olsun.

                                                                                                                                                                         Olaylar.- 2009.- 24-26 yanvar.- S. 4.