Nəcəfxanlı Ə.

 

Şəhidlərin abidə kompleksi ucaldılıb

 

20 Yanvarqanlı şənbə hadisələrinin növbəti ildönümü ilə əlaqədar Biləsuvar rayonunda bir sıra tədbirlər keçirilib. Dünən rayonun Xırmandalı kəndindəki 2 saylı orta məktəbin qarşısında bu təhsil ocağının məzunu olmuş şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılıb.

On doqquz il əvvəl baş vermiş yanvar hadisələri zamanı Bakıda Biləsuvarın da iki sakiniBaba Xanməmmədov Əlimərdan Hüseynov mərdliklə həlak olublar. Ümumiyyətlə, Vətənin azadlığı ərazi bütövlüyü uğrunda biləsuvarlılar xeyli qurban veriblər. Təkcə Xırmandalı kəndinin 14 övladı şəhidlik zirvəsinə ucalıb ki, onlardan da 4-ü 2 saylı məktəbin yetirməsi olub. Bəhruz Qurbanov, Müşfiq Abbasov, Sərvət Süleymanov Ayaz Qasımov Qarabağ döyüşlərində şərəfli ölümləri ilə əbədiyyət qazanıblar. Onların həmyerlisi, xeyriyyəçi kimi tanınan adamı Elxan Hüseynovun təşəbbüsü maliyyə dəstəyi ilə şəhidlərin abidə kompleksi inşa edilib. Onu da deyək ki, bundan öncə Xırmandalı 1 saylı Bəydili kənd orta məktəblərində E.Hüseynovun təşəbbüsü ilə belə abidələr ucaldılıb.

Mərasimi məktəbin direktoru Sərhəd Sailov açdı. Kompleksin örtüyü götürüldü. Abidə önünə əklil qoyuldu. Məktəbin şagirdləri şəhid eloğlularının həyat döyüş yolları barədə məlumat verdilər. Şəhid valideynləri onların övladlarının xatirəsinin əziz tutulmasına görə minnətdarlıq etdilər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov şəhidlərin ruhuna dövlət səviyyəsində əbədi ehtiram bəslənildiyini vurğuladı, şəhid ailələrinə göstərilən qayğıdan konkret faktlarla söhbət açdı.

Sonda məktəb şagirdlərinin ifasında maraqlı ədəbi kompozisiya təqdim olundu.

 

Xalq qəzeti.- 2009.- 18 yanvar.- S. 2.