Şəhidlər şagirdlərin
dilində də nəğmələşdi, şeirləşdi
Şəhidlərimizin əziz xatirəsi daim anılmaqda, yad edilməkdədir. Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasında keçirilən 20 Yanvar şəhidlərini anma mərasimi də bu amala xidmət edirdi. IVc sinfində təşkil edilən tədbirin aparıcıları əsasən şagirdlərin özləri idi. Sinfin müəlliməsi Yaqut Əzimzadə xeyli əvvəldən uşaqlar arasında bu tədbirə hazırlıq görüldüyünü bildirdi. Dedi ki, məqsədimiz tariximizin bu qanlı və şanlı səhifəsini hələ aşağı siniflərdən şagirdlərin yaddaşına həkk etmək, onlara millətimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarımızı tanıtmaqdır.
Şagirdlərdən Mirhəmzə Heydərov, Nəzrin Dadaşova, Tamilla Hüseynova, Rəsul Novruzlu, Nicat Məmmədov, Fərhad Baxşı, Həbib Mirzəyev, Ayan Hüseynzadə və başqaları Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Nəriman Həsənzadənin və başqa şairlərin şəhidlərimizə həsr etdikləri şeirləri oxudular. Tar və neyin müşayiəti ilə musiqili kompozisiyada "Heyratı" muğamı ifa olundu. Şagirdlər həmçinin bəstəkar Oqtay Rəcəbovun "Şəhidlər", Qalib Məmmədovun "Əsgər andı" mahnısını ifa etdilər.
Anma mərasimində
Bakı Şəhər
Təhsil İdarəsinin
işçisi, şəhid
anası Sənəm Hüseynova, Gimnaziyanın
tədris hissə müdiri Sevinc Tahirova, tərbiyə işləri üzrə direktor müavini Zümrüd Qulamqızı,
ibtidai işlər üzrə metodiki birləşmənin sədri
Solmaz Osmanova və gimnaziyanın müəllim kollektivi,
valideynlər iştirak
edirdilər. Valideynlər
və uşaqları da indidən vətəndaşlıq hissinin
yaradılmasından məmnun
qaldıqlarını bildirdilər.
Azərbaycan.- 2009.- 23 yanvar.- S. 4.