Qocayeva A.
Almaniyanın
Azərbaycandakı səfiri BSU-nun qonağı olub
Bu münasibətlə
təşkil edilmiş mərasimdə çıxış
edən universitetin rektoru, AMEA-nın müxbir üzvü,
professor Kamal Abdullayev mərkəzin fəaliyyəti, filologiya
fakültəsinin nəzdində yeni açılmış
roman-german ixtisası, universitetlə Almaniya təhsil və elm
mərkəzləri arasındakı əlaqələr,
həyata keçirilən layihələr haqqında
məlumat vermişdir. Bu əlaqələrin inkişaf perspektivlərindən
danışan rektor Azərbaycanda alman mədəniyyətinin kifayət
qədər izi qaldığını və
bunların hər iki ölkənin mədəniyyətinin inkişafı
üçün yararlı
ola biləcəyini vurğulamışdır. Professor K.Abdullayev, eyni zamanda Azərbaycan
mədəniyyətinin Almaniyadakı
izlərinin tarixi-kulturoloji
aspektdən öz tədqiqini gözlədiyini
də bildirmişdir.
Səfir P.Stankina hər zaman BSU-da
olarkən xoş anlar yaşadığını, bu
görüşlərdən məmnunluq duyduğunu
bildirmişdir. P.Stankina BSU-nun müəllim və tələbə heyətinin elmi potensialı, intellektual səviyyəsi haqqında
kifayət qədər
məlumatlı olduğunu
nəzərə çatdırmışdır.
O, BSU-nun Almaniya elm və tədris
ocaqları ilə əməkdaşlığını yüksək qiymətləndirmiş,
bu münasibətlərin
daha da möhkəmlənməsi
üçün əlindən
gələni əsirgəməyəcəyini
qeyd etmişdir. Demişdir ki, universitetdə yaradılan
alman dili və mədəniyyəti
mərkəzi iki ölkə ali məktəbləri, bütövlükdə
isə mədəniyyətlərimiz
arasında dostluq körpüsü rolunu oynayacaqdır.
Mərasimdə 2008-ci ildə
Almaniyada keçirilən Azərbaycan mədəniyyəti
ilinin böyük uğurla başa çatdığı
və 2009-cü ilin Azərbaycanda Almaniya mədəniyyəti
ili elan olunduğu xüsusi razılıq hissi ilə
vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu ilin də
uğurla başa çatması üçün
təhsil ocaqlarının,
o cümlədən BSU-nun da üzərinə
böyük vəzifələr
düşür.
Azərbaycan.- 2009.- 11 yanvar. S. 5.