Mədəni tədbirlər xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir

 

Yanvarın 9-da Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina Bakı Slavyan Universitetində yaradılmış V.Humboldt adına alman dili mədəniyyəti mərkəzində olmuşdur.

Görüşdə universitet rəhbərliyi, BSU-da bu ildən fəaliyyətə başlamış roman-german dilləri ixtisası üzrə tələbələr, müəllimlər, universitet liseyinin şagirdləri iştirak etmişlər. BSU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev qonağa mərkəzin fəaliyyəti, filologiya fakültəsinin nəzdində açılmış roman-german dilləri ixtisası ümumiyyətlə, universitetlə Almaniya təhsil elm mərkəzləri arasındakı əlaqələr, həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bu əlaqələrin inkişaf perspektivlərindən danışan rektor bildirmişdir ki, Azərbaycanda alman mədəniyyətinin kifayət qədər izləri vardır bunların tədqiqi hər iki mədəniyyət üçün yararlı ola bilər. Eləcə Azərbaycan mədəniyyətinin Almaniyadakı izləri tarixi-kulturoloji aspektdən öz tədqiqini gözləyir.

Səfir BSU-da xoş anlar yaşadığını, bugünkü görüşdən məmnun qaldığını bildirmişdir. O, universitetin tələbə müəllim heyətinin elmi potensialı intellektual səviyyəsi haqqında kifayət qədər məlumatlı olduğunu universitetin Almaniyanın elm tədris ocaqları ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini, eləcə bu münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdir.

Səfir BSU-da alman mərkəzinin Azərbaycan Almaniya ali məktəbləri, bütövlükdə mədəniyyətlərimiz arasında dostluq körpüsü rolunu oynayacağını bildirmişdir. P.K.Stançina demişdir ki, yaxın zamanlarda Almaniyanın yüksək vəzifəli məmuru BSU-ya gələcəkdir. Səfir alman dili mədəniyyəti mərkəzi üçün gətirdiyi kitablardan, əyani vəsaitlərdən, CD-lərdən tədris prosesində tələbələrin lazımınca yararlanacağına ümid etdiyini vurğulamışdır.

Bildirilmişdir ki, 2008-ci ildə Almaniyada keçirilən Azərbaycan mədəniyyəti ili böyük uğurla başa çatmışdır. 2009-cu il Azərbaycanda Almaniya mədəniyyəti ili elan olunmuşdur bununla bağlı geniş tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bu işdə iki ölkənin təhsil ocaqlarının da üzərinə müəyyən vəzifələr düşür. Səfir P.K.Stançina rektor K.Abdullayev görüş iştirakçılarının suallarını cavablandırmışlar.

Sonda səfir BSU-nun fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmış, tələbələrlə xatirə şəkli çəkdirmişdir.

 

Xalq qəzeti.- 2009.- 11 yan­var.- S. 7