"TRT Uşaq Gənclik xalq oyunları"nın kollektivi paytaxtımızın qonağıdır

 

Artıq bir neçə gündür ki, Türkiyənin məşhur "TRT Uşaq Gənclik xalq oyunları"nın kollektivi Azərbaycanda səfərdədir. İlk dəfədir 25 nəfərlik heyətlə ölkəmizə gələn türkiyəli qonaqlar "Təbəssüm" Uşaq Teatrı ilə birgə konsert verməyə hazırlaşır. Konsertdən öncə azərbaycanlı ailələrdə yerləşdirilən qrup üzvləri burdakı isti münasibətdən olduqca məmnundurlar.

   İlk tanışlıqları Türkiyədə keçirilən rəqs festivalından başlayan qrup üzvləri bu əlaqələri daha da sıxlaşdırmaq üçün görüşüb dostluq etməyin vacib olduğunu düşünürlər.

   "Təbəssüm" Uşaq Teatrı ilə yanaşı, digər qruplarımızla da yaxından tanış olmağa can atan türkiyəli qonaqlar Azərbaycan rəqqaslarının ifasını rəqslərimizin quruluşunu çox bəyənirlər.

   Türkiyəli rəqqaslar dünən Rəşid Behbudov adına Mahnı Teatrında öz çıxışlarını nümayiş etdirdilər. Onlar 10 gün müddətində paytaxtımızın qonağı olacaqlar.

 

Səs.- 2009.- 6 yanvar.- S. 12.