Bakınınİslam mədəniyyəti paytaxtıelan olunması təntənə ilə qeyd ediləcəkdir

 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi cari ildə müxtəlif layihələrin gerçəkləşdirilməsini tədbirlərin keçirilməsini nəzərdə tutur. Bunlardan ən əsası Bakı şəhərinin 2009-cu ildəİslam mədəniyyəti paytaxtıelan olunması ilə bağlı layihədir.

Qurumun mətbuat xidmətindən bildirmişlər ki, bu əlamətdar hadisə bütün mədəni-maarif müəssisələrinin tədbirlər planında öz əksini tapacaqdır. İslam mədəniyyətini tərənnüm edən, bir-birindən fərqli rəngarəng tədbirlər paytaxt sakinlərinə şəhərimizin qonaqlarına təqdim ediləcəkdir. 2009-cu ilin fevral ayından başlayaraq mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsi məqsədi ilə idarədə 12 nəfərdən ibarət işçi qrupu yaradılmışdır.

 

Xalq qəzeti.- 2009.- 23 yanvar.- S. 2.