Cəfərov İ.

 

Dəyərli töhfə

 

"Gələcəyin kitabxanası" İctimai Birliyinin təsis etdiyi "Kitabxana.az" adlı müstəqil elmi, metodiki və praktiki jurnalın birinci nömrəsi işıq üzü görmüşdür. Oxuculara qonaq gələn jurnalın baş redaktoru, tarix elmləri namizədi Şəfəq İslamova "Baş redaktordan" yazısında dərginin əsas qayəsi Azərbaycan Respublikasında milli və bəşəri elmi-mədəni dəyərlərə, demokratik prinsiplərə əsaslanan və müasir texnologiyalar bazasında kitabxana-informasiya şəbəkələrinin formalaşması, kitabxanaların informasiyalaşdırılmasına yardımçı olmasıdır.

Kitabxanalar əhalinin müxtəlif təbəqələrini cəmiyyətin tarixən toplanmış intellektual və mədəniyyət abidələri ilə tanış edir. Hazırda bütün mədəniyyət müəssisələri içərisində kitabxanalar ən çox istifadə olunan bir qurumdur. Odur ki, müasir dövrdə kitabxanaların modernləşməsi Azərbaycan təhsil, elm və mədəniyyətinin müvəffəqiyyətli inkişafının əsasıdır.

Məlumdur ki, informasiya cəmiyyətində kitabxanaların funksiyaları da köklü surətdə dəyişir. Lakin kitabxana şəbəkəsinin inkişafı bütün yaş dövrləri üçün istifadəsi asan olan informasiya-mədəniyyət mərkəzi sistemi halında formalaşmasından çox asılıdır. Bu baxımdan kitabxanaların ənənəvi funksiyasına həm yeni informasiya texnologiyalarının yiyələnməsi əlavə edilməlidir. Eyni zamanda dünya ölkələrinə inteqrasiya edən Azərbaycanın təhsil, elm mədəniyyətinin informasiya təminatı beynəlxalq standartlara əsaslanmalıdır.

Nəşrinə başlanan "Kitabxana.az" milli dildə ilk müstəqil elmi, metodiki praktiki jurnal olmaqla bərabər, əsas məqsədi müxtəlif təmayüllü kitabxanaların inkişaf yollarını istiqamətləndirmək, onların dövrün tələblərinə cavab verən səviyyəyə çatdırılması yolunda vacib şərtləri işıqlandırmaq vahid standartlar əsasında həyata keçirilməsi metodikalarını diqqətə çatdırmaqdan ibarətdir. Həmçinin oxucuları respublikamızda dünya kitabxana işi sahəsində baş verən yeniliklərlə tanış etmək məqsədi güdür.

Jurnal "Azərbaycan kitabla", "Görkəmli kitabxanaçılar", "Dünya kitabxanala", "Kitabxana menecerliyi marketinq", "Virtual kitabxanalar", "Fasiləsiz kitabxana təhsili", "Kitabsevərlər", "Yeni nəşrlər" s. rubrikalar altında "Dünya-Azərbaycan", "Dövlət-kitabxana", "Cəmiyyət-sosial durum-kitabxana", "Elm təcrübə", "Müəllif-kitabxana-oxucu" kimi müxtəlif aspektli mövzularda yazıları oxuculara təqdim edəcəkdir.

"Bizim müsahib" rubrikasının ilk qonağı Mədəniyyət Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədovadır, Lətifə xanım "Kitabxana hər bir millətin yaddaşı, milli sərvətidir" müsahibəsində kitabxanaların inkişafına dair Dövlət Proqramından, "Azərbaycan kitabxanalarının fəaliyyətini yaxşılaşdırmaq haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamından, kitabxanalan maddi-texniki bazasının möhkəmləndirilməsindən, Azərbaycanda kitabxanaların günün tələblərinə cavab vermələri istiqamətində görülən işlərdən, nəşriyyatlarla kitabxanalar arasında əlaqələrin vəziyyətindən danışır.

Jurnalın "İnformasiya əsri" rubrikasında Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının müdiri, əməkdar elm xadimi, BMT Yanında İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor Abuzər Xələfov "İlk fundamental elektron kitabxana" adlı məqaləsində deyir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dövlət strukturları qarşısında informasiya texnologiyalarından səmərəli istifadə etmək, təhsil mədəniyyət müəssisələrinin yaxın gələcəkdə tamamilə kompüterləşdirilməsilə bağlı göstərişinə uyğun olaraq respublikamızın kitabxanalarında oxuculara xidmətin yeni forma üsullarının axtarışı müasir informasiya texnologiyalarının tətbiqi sahəsində böyük işlər görülür. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasında aparılan işlər daha diqqətəlayiqdir. İctimaiyyət arasında Prezident Kitabxanası kimi tanınan bu mədəniyyət ocağında ölkəmizdə ilk dəfə fundamental elektron kitabxana yaradılmış, avtomatlaşdırılmış kitabxana proqramı oxuculara məsafədən xidmət texnologiyası tətbiq edilmişdir.

Prezident Kitabxanası respublikamızda İRBİS sistemini tətbiq edən kitabxana olduğundan, hazırda bu sahədə böyük təcrübə toplamışdır. Prezident Kitabxanasının mütəxəssisləri bu sistemi sonradan tətbiq edən AMEA Mərkəzi Elmi Kitabxanasının, eləcə Mədəniyyət Nazirliyi sisteminə daxil olan şəhər rayon mərkəzi kitabxanalarına proqram tətbiqi işində hərtərəfli yardım edirlər. İndi elm, mədəniyyət təsərrüfatın bütün sahələrində böyük nailiyyətlər qazanılmışdır.

Filologiya elmləri namizədi Əmin Əfəndiyevin "Dünyanı gəzən elektron antologiya" adlı məqalə jurnalı daha da məzmunlu edir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Nadir qiymətli nəşrlər" bölməsinin müdiri Gülarə Xələfovanın "Kitabxanalarda konservasiya problemləri" məqaləsi çox mühüm bir məsələyə həsr edilib. Müasir şəraitdə kitabxana fondları üçün daha qiymətli sayılan sənədlərin mühafizəsi problemləri davamlılığın artması gələcəkdə unikal materialların itirilməməsi probleminin həlli üçün çox vacibdir. Fondların mühafizəsi bərpası məsələləri ilk dəfə olaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Nadir qiymətli nəşrlər" bölməsi tərəfindən tətbiq edilib.

Gənc biblioqraf Təranə Mirzəyeva öz məqaləsində "Heydər Əliyev: biblioqrafik məlumat kitabı", "Qarabağ", "Qafqaz əraziləri xalqlarının təsvirinə dair materiallar toplusu" "Azərbaycan əhalisi haqqında" biblioqrafik göstəricilərin təhlilini verməklə yanaşı, "azərbaycançılıq" ideologiyasına da öz fikrini bildirir.

Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsinin magistri Cəmilə Talıbovanın "AMEA Mərkəzi Elmi Kitabxanasının elmi tədqiqat fəaliyyəti" məqaləsi, eləcə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova, akademik Budaq Budaqov haqqında biblioqrafik göstəricilər haqqında rəylər, Kitabsevərlər Cəmiyyətinin üzvü, əməkdar mədəniyyət işçisi Əli Əhmədov haqqında "Kitabsevər tənhalıq bilməz" adlı müsahibə, "Təqvimin yaranma tarixindən", "Qeyri-adi yuxular yuxu yozumu", "Qədim həmişə müasir nərd" kimi maraqlı yazılar jurnalı daha da oxunaqlı edir.

"Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidetinin sərəncamında deyilir ki, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında cəmiyyətimizin intellektual mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Bu cəhətdən "Kitabxana. az" jurnalının öhdəsinə çox böyük bir vəzifə - bu sahədə qazanılan nailiyyətləri, yenilikləri perspektivləri geniş oxucu kütləsinə çatdırmaq kimi şərəfli vəzifə düşür.

 

Respublika.- 2009.- 13 yanvar.- S. 7.