Kazımova Z.
"Biz Azərbaycanı dünyaya
açacağıq, dünyanı isə Azərbaycana
gətirəcəyik"
Dövlətlər arasında qarşılıqlı
əlaqələrin qurulmasında
informasiya texnologiyalarının
inkişafına indiki
zamanda ciddi önəm verilir. İnformasiya mübadiləsini
genişləndirmək üçün
bu yöndə işlərin aparılması
məhz informasiya texnologiyalarının inkişafını
zəruri edir. Ona görə də biz dünyaya
ölkəmizi təmsilçilikdən
tutmuş onun maddi-mənəvi sərvətlərini və
milli-mənəvi dəyərlərini tanıtmağa
qədər bu mühüm vəzifənin
daşıyıcıları olmalıyıq. Artıq sürətli informasiya axını hər an yeni informasiya
əldə etmək imkanı yaratmışdır.
Müasir gənclik, müasir insan kompütersiz, informasiyasız
cəmiyyətdən, dünyada
baş verən hadisələrdən odur ki, uzaq düşür.
Müasir elmi-texniki biliklərə yiyələnmək
zəruridir. Məktəb
və ali təhsil müəssisələri
bu işdə daha böyük rol oynamalıdır.
Azərbaycan Dillər Universitetində
İnformasiya Resurs Kompleksi məhz bu sahədəki
boşluğu doldurmaq məqsədilə
yaradılmışdır.
Milli səviyyədə qlobal
informasiya cəmiyyəti quruculuğuna yardımçı
olacaq bu kompleksdə görüləcək işlərə
elm, təhsil və mədəniyyətin
informasiyalaşdırılması, Azərbaycanın
gələcəyi üçün yüksək
səviyyəli mütəxəssis kadrların
yetişdirilməsinə kömək, respublikanın ali
təhsil müəssisələrinin müəllim və
tələbələrinin elmi-tədqiqat işlərini
himayə edən tədbirlərin (sahəvi videokonfranslar,
seminarlar, təlimlər, təqdimatlar və s.) həyata
keçirilməsi, Azərbaycan elm, təhsil və
mədəniyyətinin təbliği, dünya elm, təhsil
və mədəniyyət dəyərlərinin Azərbaycanda
təbliği, mədəniyyətlərarası dialoq,
milli-mədəni irsin mühafizəsi, informasiya
mədəniyyətinin inkişafı və fasiləsiz
təhsil, informasiya cəmiyyəti quruculuğunun etik aspektleri,
beynəlxalq və regional əməkdaşlıq,
dövlət strukturları ilə əməkdaşlıq kimi
sahələri daxildir. Kompleksdəki mərkəzlərin hər
biri öz spesifikası ilə yanaşı, Azərbaycan
mədəniyyətinin, milli-mənəvi dəyərlərin
təbliği istiqamətində işlərin görülməsinə
də xidmət edir.
İnnovasiya Mərkəzi dünya
təhsil sistemində aparılan innovativ tədbirlərin
öyrənilməsi, Azərbaycanda tətbiqi və təbliği
ilə məşğuldur.
Media Mərkəzi dünya media
sistemi ilə qarşılıqlı əlaqə,
Azərbaycan təhsil sisteminin demokratik əsaslarla
inkişafına yardımçı olan media tədbirləri
məqsədilə yaradılmışdır.
Türkdilli xalqların mədəni
irsinin öyrənilməsi və təbliği, elektron
mətnli məlumat bazalarının hazırlanması və
xarici ölkələrə ötürülməsi,
Azərbaycan folkloruna dair resurs bazalarının
hazırlanması və İnternet şəbəkəsi
vasitəsilə dünyaya yayımlanması üçün
kompleksdə
Türkdilli
xalqların folklor mərkəzi fəaliyyət
göstərir.
Əcnəbi xalqların folklor
mərkəzi dünya xalqlarının mədəni irsinin
öyrənilməsi, tərcüməsi və Azərbaycanda
təbliği ilə bağlı işlər görür. Bu
mərkəzdə ali təhsil müəssisələrinin
tələbə-müəllim heyətinin iştirakı
ilə mədəniyyətlərarası dialoq tədbirlərinin
həyata keçirilməsi nəzərdə tutulur.
Kompleksə daxil olan elektron resurs mərkəzi
elektron komplektləşdirmə, elektron kataloqlaşdırma,
elektron mətnli bazaların yaradılması
bölmələrindən ibarətdir.
Bu bölmələr,
ümumilikdə, təhsil müəssisələrinin
(universitet, kollec, məktəb, lisey və s.) elmi-tədqiqat
işlərinin mövzularına müvafiq informasiya təminatını
ADU-nun, eyni zamanda elmi nəşrlərinin tam mətnli
məlumat bazalarının hazırlanması və dünya
informasiya məkanına çatdırılması işini
həyata keçirir.
Dünya standartlarına uyğun
müasir məlumat - biblioqrafiya xidmətinin
göstərilməsi (etibarlı elektron və
ənənəvi mənbələrdən istifadə)
üçün kompleksdə Məlumat-sorğu mərkəzi
də yaradılıb.
Böyük Britaniya tarixi, elmi,
mədəniyyətinə dair biliklərin verilməsi, iki
dövlət arasında əlaqələrin
möhkəmləndirilməsi və inkişafına
yardımçı olmaq məqsədilə Britaniya mərkəzi
də fəaliyyət göstərir.
ADU-nun bütün daxili strukturanun
informasiyalaşdırılması, texnoloji təminat və
şəbəkə xidmətinin təşkili, universitetin
Global İnternet şəbəkəsinə
çıxışının inzibati idarə edilməsi
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi
vasitəsilə həyata keçirilir.
Azərbaycan elminin,
mədəniyyətinin, milli-mənəvi dəyərlərinin
müxtəlif vasitələrlə təbliği günün
reallığıdır. Dünyada artıq informasiya
cəmiyyətinin hakim olduğu bir vaxtda nüfuzlu
universitetlər, müxtəlif ölkələrin təhsil
ocaqları ilə əlaqələrin qurulması istiqamətində
Azərbaycan Dillər Universitetində əsaslı
işlər görülüb və bu iş davam edir.
Dövlətin təhsil siyasətinin inkişafına,
ölkəmizi biliyi, bacarığı ilə təmsil
etmək üçün bu kompleksin əhəmiyyəti
və rolu danılmazdır. Az vaxt ərzində kompleksə
müraciət edənlərin sayı və onların
müxtəlif sosial qruplara malik olmaları, tam mətnli elmi
jurnallara maraq göstərmələri artıq uğurdan
xəbər verir. Kompleksin açılışında ADU-nun
rektoru, professor Səməd Seyidovun dediyi kimi: "Biz
Azərbaycam dünyaya açacağıq, dünyanı
isə Azərbaycana gətirəcəyik". Bu, artıq
reallığa çevrilir.
Azərbaycan.- 2009.- 18 yanvar.- S. 8.