Mir Cəlal Paşayevin Gəncədəki
ev muzeyində açıq dərslər
keçiriləcəkdir
Görkəmli ədib Mir Cəlal Paşayevin Gəncədəki ev muzeyinin rəhbərliyi bu mədəniyyət ocağında açıq ədəbiyyat dərslərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Təşəbbüs orta ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdır.
Qeyd edək ki, muzey gündən-günə maraqlı eksponatlarla zənginləşir və regionda ən çox ziyarət olunan yerlərdən birinə çevrilir. Bu günlərdə muzeyə xeyli yeni eksponat gətirilmişdir. Ailəsi tərəfindən hədiyyə edilən bu eksponatların arasında yazıçının məktubları və müxtəlif dövrlərdə vətənə göstərdiyi xidmətlərə görə təltif olunduğu medallar və mükafatlar xüsusi yer tutur.
Muzeyin direktoru
İradə İbayeva
demişdir ki, açıq dərslər
zamanı şagirdlər
muzeydəki eksponatlarla
tanışlıqdan əlavə,
Mir Cəlal Paşayevin bədii, elmi və pedaqoji
fəaliyyəti haqqında
yazılmış videodisklər
vasitəsilə daha zəngin bilik əldə etmək imkanı qazanacaqlar.
Azərbaycan.- 2009.- 8 yanvar.- S. 5.