Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1.
Azərbaycan Respublikasının ictimai mədəni həyatında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Əliyev Qurban Həsən oğlu
İsayev Əhməd Məmməd oğlu
Sadıqova Rəsmiyyə Səlim qızı
Salayev Fuad
Məmmədəmin oğlu
Yaqublu Zəlimxan Usub oğlu (Zəlimxan Yaqub)

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2006- il

 

Xalq qəzeti.-2006.-12 dekabr.-S.1.