Sultanova P.
Müasir Mətbuat Muzeyi yaradılır
Həsən bəy
Zərdabinin təsis etdiyi "Əkinçi" qezeti
ilə həyata vəsiqə alan Azərbaycan mətbuatı
ötən əsrin 80-cı illərinin sonlarında tamamila
yeni bir mərhələyə qədəm qoydu. Təbii ki,
bunun başlıca səbəbi o ərəfədə baş
verən ictimai-siyasi prosesler idi. Həmin prosesler milli
mətbuata həm forma, həm də məzmun baxımından
yeni nəfəs gətirdi. Sovet rejiminin ciddi senzurasının
mövcud olduğu həmin dövrdə Azərbaycan xalqı
Ermenistanın Dağlıq Qarabağa yönəlik
iddialarına etiraz olaraq meydanlara toplandı. Milyonlarla
insanın toplaşdığı böyük mitinqlər azad
söz və kəskin fikirlər üçün əsl
tribunaya çevrildi. Sonralar xalq hərəkatı kimi
qiymətləndiriləcək bu açıq mübarizə
çox keçmədi ki, milli mətbuata da öz təsirini
göstərdi. Tezliklə həmin illərdə yarımleqal
qəzetlər, kitablar, jurnallar, vərəqələr və
digər gizli nəşrlər peydə oldu.
O illəri Azərbaycan
mətbuatında intibah dövrü kimi
qiymətləndirmək olar, çünki kifayət
qədər qısa bir zaman kəsiyində yüzlərlə,
minlərlə çap məhsulu meydana çıxdı. Ən
əsası isə o idi ki, həmin çap məhsulları
sovet təbliğatını yox, ölkədə baş
verən hadisə və faktların, yeni reallığı
əks etdirirdi. Və o zaman kağız üzərində
təkcə Azərbaycan mətbuatının yox, həm
də Azərbaycanın özünün tarixi yazılırdı.
Həmin nəşrlərin müəyyən hissəsi
məzmun baxımından yüksək səviyyədə
olmasa da, dövrün reallığını əks
etdirmək baxımından mühüm ehemiyyet
daşıyır.
Bu baxımdan Demokratik
İslahatlar Mərkəzi (DIM) tərəfindən Müasir
Mətbuat Muzeyi yaratmaq ideyası da yüksək
qiymətləndirilməlidir. Xatırladaq ki, bununla
bağlı layihə "Açıq Cəmiyyət İnstitutu-
Yardim Fondu" nun maliyyə dəstəyi ilə həyata
keçirilir və onun Mətbuat şurasına
veriləcək binada yerləşməsi nəzərdə tutulur.
Layihəni həyata keçirmək üçün isə
əsasən 119 istiqamətdə iş aparılıb. İlkin
mərhələdə ötən əsrin 80-ci
illərində nəşr edilmiş çap
məhsullarının toplanılmağa başlanıb və
onları DIM-in saytında yerleşdirilib. Yaxşn
gələcəkdə isə bununla bağlı ayrıca
kitabçanın nəşri də
planlaşdırılıb. DIM tərəfindən
istifadəçilərin işini asanlaşdırmaq
məqsədilə eksponatlarını bu günkü
reallığa uyğun olaraq latın elifbasındakı
herflerin ardıcıllığı ilə düzülüb.
Mətbuat tariximizi əks etdirən eksponatlar isə 3 qrupa
bolünüb . Birinci qrupda qəzetlər, ikincidə
kitabça va jurnallar, üçüncü qrupda isə
təbliğat vərəqələri yerləşdirilib. Bəzi
nəşrlərdə nəşr tarixi, bəzilərində
müəlliflərin kimliyi, digərlərində isə,
ümumiyyətlə, heç bir rekvizit
göstərilmədiyindən onların kim və ya hansı
təşkilat tərəfindən, konkret nə vaxt
buraxılmasını müəyyənləşdirmək
mümkün olmayıb.
Məsələn,
saytın dərgilər bölmündə
yerləşdirilən "Açıq söz"
müstəqil press-bülleteninin dərc olunduğu tarix
göstərilməsə də, onun 1989-cu ildə nəşr
olunduğu ehtimal edilir. Kiril əlifbasi ilə nəşr
edilen "Açıq söz"un cəmi 119 nömrəsi
çapdan çıxıb. Bülletendə keçən
əsrin əvvəllərində Rusiyada, elecə də
Qafqazda cərəyan edən tarixi hadisələrlə
bağlı gerçək faktlar, insan haqları ilə
bağlı beynalxalq hüquqi sənəd və normativlər
əksini tapıb. Muzeydə derginin 2 sayı var. Bundan əlavə,
həmin bölmədə "Azad Fikir", "Bakı
qırğını" (İtti-hamnamə), "Birlik"
jurnalı, "Çıraq" ictimai-siyasi toplusu və
digər nəşrlər yerləşdirilib. 1990-cı
ildə kiril qrafikası ilə nəşr edilən "Molla
Nəsrəddin" jurnalı isə öz saləfinin yolunu
davam etdirib. Jurnalda Tahir, Şəfəq imzaları ilə
yanaşı "Molla Nəsrəddin"," Əhmədi
Biqam", "imansiz" kimi gizli imzalarla yazanlar da olub.
Vərəqələr
bölümündə də maraqlı materiallar diqqəti
cəlb edir, Qəzetlər bölməsində isə o
dövrdə müxtəlif çətinliklərlə
işıq üzü görən nəşrlər
barədə məlumatlar yerleşdirilib.
1991-ci ilin aprelin 1-də
nəşrə başlayan "Çeşmə" satirik
qəzetinin redaktoru Ayaz Əhmədov olub. Qəzetin dünyada
"Gülüş günü" kimi qəbul edilən 1
apreldə çapdan çıxması metbu orqanın
janrı, satirik mahiyyəti ilə bağlıdır. "Çeşmə"ni
hardasa öz dəst xətti və üslubuna görə
"Molla Nəsrəddin" jurnalının
davamçısı saymaq da olar. Qəzetdə
ölkədə və dünyada baş verən ictimai-siyasi
proseslər satirik janrda qələmə alınıb. "Ədalət",
"istiqlaliyyat, "Yeni Müsavat" və digər
qəzetlər barəsində də məlumatlar saytda yer
alıb.
"Humay" qəzeti
isə Azərbaycan Qadın Hüquqlarının
Müdafiə Cəmiyyətinin orqanı olub. 1990-cı
ildə kiril qrafikası ilə çapdan çıxıb. Şüarı
"Ana haqqı, Tanrı haqqıdır. Redaktoru S.
Məmmədli olub. Qəzet əsasən Azərbaycan
qadınlarının ölkənin ictimai-siyasi
həyatındakı roluna işıq salıb.
Əlbəttə ki, bunlar hamısı deyil. DİP mətbuatımızın
tarixini izləyərək
saytda kifayət qədər maraqlı məlumatlar yerləşdirib.
525-ci qəzet.- 2006.- 1 dekabr.- S. 2.