Şəxsiyyətlər muzeyi Xaçmaza yaraşıq verir

 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Xaçmaz şəhərində açıq səma altında yaradılmış Şəxsiyyətlər muzeyi ilə də tanış oldu.
Muzeyin girəcəyini xalqımızın ümummilli lideri Heydər Əliyevin Prezident İlham Əliyevin böyük portretləri bəzəyir.
Dövlətimizin başçısına məlumat verildi ki, bu, Azərbaycanda ilk belə muzeydir. Burada salınmış parkda Azərbaycan ədəbiyyatı incəsənətinin inkişafında böyük xidmətlər göstərmiş 14 görkəmli şəxsiyyətinMəhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov Şövkət Ələkbərovanın büstləri, dahi Nizami Gəncəvinin heykəli ucaldılmışdır.
Parkda müasir fəvvarələr quraşdırılmış, oturacaqlar qoyulmuşdur. Yaxınlıqda mərkəzi kitabxana yerləşir.
Prezident İlham Əliyev yeni tipli muzeyin xüsusi zövqlə layihələndirildiyini söylədi, digər şəhər qəsəbələrdə açıq tipli muzeylərin yaradılmasının zəruriliyini bildirdi.
AzərTAc
Mədəniyyət istirahət parkı ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7- Xaçmaz mədəniyyət istirahət parkında da olmuşdur.
Şəhər sakinlərinin istirahətindən ötrü gözəl şəraiti olan parkda uşaqlar üçün xüsusi guşələr yaradılmış, müxtəlif yelləncəklər, oyuncaqlar quraşdırılmışdır. Süni çaylar, şəlalə fəvvarələr istirahət guşəsinə xüsusi yaraşıq verir. Parkda 50 növ ağac əkilmişdir.
Parkı gəzən Prezident İlham Əliyev burada yaradılmış şəraiti, səliqə-sahmanı yüksək qiymətləndirdi

 

Xalq qəzeti.-2006.-8 dekabr.-S.4.