Gülər

 

Milli Kulinariya Mərkəzi yubileyini qeyd etdi

 

Mədəniyyət Turizm Naziri Ləyaqət Nişanı ilə təltif olundu

 

Abdulbari Gözəl isə Azərbaycan Kulinariya Assosiasiyasının fəxri prezidenti adına layiq görüldü.

  Milli Kulinariya Mərkəzinin 15, "Kulina" jurnalının 3 illik milli komandamızın üzvü Oqtay Cəfərovun 50 illik yubileyi qeyd edildi. Ötən gün bununla bağlı "İzmir" restoranında mərasim keçirildi. Mərkəzin direktoru Tahir Əmiraslanov qurumun hazırda Mədəniyyət Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərdiyini bildirdi: "Mərkəz 25-ci Almaniya, 26-ci Norveç, 27-ci İsrail, 28-ci Avstraliya, 30-cu Yaponiya dünya konqreslerində, Almaniya va İtaliya Avropa konfranslarında fəal iştirak edib. Mərkəzin komandaları həmçinin, xarici ölkələrdə keçirilən kulinariya çempionatlarında olimpiadalarında qızıl, gümüş, bürünc medallarla təltif edilib".

"Mərkəz Azərbaycan mətbəx tarixini, mədəniyyətini "özəlləşdirən" erməniləri beynəlxalq səviyyədə ifşa edib. Hazırda mərkəz Azərbaycanı dünyada yeni qida nəzəriyyəsinin banisi kimi tanıtdırıb. Bu gün Azərbaycan Dünya Xalq Yaradıcılığı Taşkilatının Rəyasət Heyətində, icra Komitəsində "Ənənəvi qida komitasində sədr vəzifəsində təmsil edilib".

Yubiley tədbirində mədəniyyət turizm naziri Əbülfəz Qarayev kulinariya elmi mədəniyyəti, incəsənəti qarşısında xüsusi xidmətlərinə görə ləyaqət nişanı ilə təltif edildi.

Mərkəzin direktoru həmçinin, "Azərsun Holdinq" şirkətlər Qrupunun onlara boyük dəstək verdiyini bildirdi. Şirkətlər qrupunun prezidenti Abdulbari Gözəl Azərbaycan Kulinariya Assosiasiyasının faxri prezidenti adına layiq görüldü. "Azərsun Holdinq" prezidenti adından göstərilən diqqətə görə Tahir bəyə təşəkkürlərini bildirən Səlahaddin Hun : "Sizin Azərbaycan mədəniyyətini, mətbəxini dünyada tanıtmanız qürurvericidir. Həqiqətən 100 illərlə yaşı olan Azərbaycan mətbəxini yaşatmaq, tanıtmaq, kitablara köçürülüb gələcək nəsillərə çatdırmaq böyük fədakarlıqdır. Sizə bu yolda uğurlar arzulayıram. Mənim üçün həm o sevindiricidir ki, sizin mərkəzinizlə bizim şirkət 15 illiyini qeyd edir. Maraqli, həm gözəl təsadüfdür" dedi. Sonra vitse-prezident Abdulbari bəyin xoş sözləri əks olunmuş plaketi mərkəz rəhbərinə təqdim etdi.

Tədbirə qatılan "Ümid" uşaq evinin uşaqlarına həm mərkəz, həm təşkilatlar tərəfindən hədiyyələr təqdim olundu.

 

Üç nöqtə.- 2006.- 1 dekabr.- S. 8.