Həsənəzadə C.

 

Daş yaddaşımız daş-qalaq olunub

 

Jak de Morqan bu abidələri oğurlayıb, ya mühafizə edib?

 

Söhbətimiz 3 min ildən artıq yaşı olan, Lənkəran şəhərinin təqribən 7 km- yerləşən Bəlləbur kəndindəki Sığın abidesi haqqındadır. O abidə ki, qədimliyinə dəyərinə baxmayaraq, vəhşicəsinə dağıdılıb, qəbirləri təhqir olunub, sinə daşları parça-parça edilib, nadan avam insanların əlilə yerlə-yeksan olub.  Sığın qəbiristanlığı (daş qəbirlər qəbiristanlığı), buna el arasında divəlonə deyilir, açıq səma altında tarixi bir muzey idi...

Hələ XIX əsrin əvvəllərində fransız arxeoloqu sayyahı Jak de Morqan talış ərazisində olub, dağlarda, dağətəyi ərazilərində uzun müddət tədqiqatlar aparıb burada yeraltı yerüstü abidələrin unikal numunələrina rast gəlib. O, Sığında bütün qəbirləri talan edib, orada tapılan qızıl fiqurları, aşyaları silahları Fransaya aparıb. Hazırda həmin eksponatlar Fransanın Sen Jermen muzeyində qorunur. Bu işdə ona nadan avam olduqları üçün yerli sakinlər kömək etmişlər. Əvəzində Morqan onlara qəpik-quruş verirmiş. Akademik İqrar Əliyev yazır ki, o dövrdə həmin yerlərdə kənd təsərrüfatı çox aşagı səviyyəyə enmişdi. Çünki əhali öz təsərrüfatlarını buraxıb, pul xətrinə Morqan üçün köhnə qəbirləri dağıdır, öz əlimizlə atəşpərəstlikdən qədim olan bu abidələri yer üzündən silirdik. Jak de Morqan "div yuvaları" açıb orda olan əşyaları da aparıb. Bəs daş qəbirlərin özləri ki, salamat qalmışdı? İndi onlar hanı?

1991-ci ilə qədər elə bilirdim ki, Morqan qızıl əşyaları talan edərək, mənimsəyib.

Lakin Mirhaşım Talışlı mənə "Leninçi" (indiki "Lənkəran") qəzetinin 1991-ci il avqust ayı nömrəsini göstərəndə başqa mənzərənin şahidi oldum.

Qəzetdə Sığında gördüyüm daş qəbirlərin şəkilləri var idi. Məlum oldu ki, akademik Teymur Bünyadov Luvr muzeyində eksponatlarla tanış olarkən təsadüfən şüşədə cürbəcür əşyalar başqa şeylər görüb. Onların altında yazılıbmış: "Azərbaycanda, Talış əyalətində tapılan yeraltı yerüstü eksponatların unikal nümunələri". Vətənpərvər akademik cəld onların şəkillərini çəkərək, vətənə dönüb. Onları Bakının heç bir qəzetinə dərc etdirə bilmədiyi üçün Lənkərana "Leninçi" qəzetinin redaktoru olan mərhum Şəkər Aslana göndərib. Redaktor bu şəkilləri qəzetdə dərc edib. İlahi, orada nələr yox idi, xırda dolmen qəbirlər, nəhəng dolmen qəbirlar, ikimərtəbəli dolmen qəbirlər, qızıldan fiqurlar, xırda silahlar, daha

nələr-nələr. Məni həm Morqanın, həm akademikin vətənpərvərliyi riqqətə gətirdi.

Morqandan sonra xeyli müddət buralar yaddan çıxıb artıq bizim dövrün 70-ci illərində naməlum adamlar Sığının başqa abidələrin yanında peydə olublar. Minaaxtaran qurğularla qəbirləri talan edərək, tapdıqları əşyaları özləri ilə aparıblar. Bu naməlum adamlara yerli milis işçiləri havadarlıq edirmişlər.

1980-ci ildə artıq oranı həyətyanı sahə kimi yerli təşkilatlar sakinlərə satırlarmış. Bütün bu hərc-mərcliyə son qoymaq üçün regionda olan yurdsevər gənclər ayağa qalxıb, Sığın abidəsini müdafiə mühafizə etməyə çalışıblar. Lakin onları eşidən kömək edən olmayıb. 1980-cı ilı qədər Sığında 150 daş qəbir var idisə, artıq 90-cı illərdə orada yalnız 30 dolmen qəbir qalmışdi.

O vaxtlar kim Sığında torpaq sahəsi alırsa, başlayıb öz əcdadlarının qəbir daşlarını traktorla dağıtmağa.

1992-ci ildə o kəndin vətənpərvər sakinləri bu barəda mənə danışdılar. Dərhal getdim Sığın ərazisinə. Həqiqətən dəhşət idi. Sanki əcdadlarımızın ruhları biz insanları lənətləyirdilər ki, əl saxlayın, lakin nankor varislər öz işlərində idilər.

Tez şəhərə qayıdıb, xüsusi bir komissiya təşkil etdim. 6-7 nəfər nümayəndə ilə oraya qayıtdıq. Sığıdakı talana son qoyduq. Amma fayda? Baxmayaraq ki, biz gənclərlə o daşları itib-batmasın deyə nömrələdik, orada cəmi 30 daş qəbirin qaldığını gördük. Mən əminəm ki, indi orada bir dənə daş qəbir qalmayıb. Bu, bizim tariximizdir. Səma altında açıq muzeyin dağıdılması Azərbaycanda tarixi abidələra olan münasibətin bir nümunəsidir.

Görəsən uluların nişanələri olan Sığın abidələrini dağıtmaqla biz qazandıq?!

 

Gün.- 2006.- 2-8 dekabr.- S. 17.