İçəri
şəhərin master planı hazırlanır
Əbülfəs Qarayev:
Xalça Muzeyi və Muğam Mərkəzinin tikintisi 2008-ci
ilə kimi başa çatacaq
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Yeni Azərbaycan
Partiyasının qərargahında mədəniyyət və
turizm sahəsində ilin yekunlarına həsr olunan mətbuat
konfransi kegirib. Nazir yeni nazirliyin yaradildigi 10 ay erzin-da mədəniyyət
sahəsinin inkişafı yönündə atılan
addımlar, mədəni və tarixi abidələrin
qorunması istiqamətləri, teatrlarda gedən əsaslı
təmir işləri və qarşıda duran
vəzifələrdən danışıb: "Çox
sevindirici haldır ki, 2006-cı ildə Azərbaycan
mədəniyyəti və turizm sahəsində bir çox
yaddaqalan hadisələr olub. İlk öncə Azərbaycanda
keçirilən Rusiya ilinin çox yüksək
səviyyədə keçməsi bizim üçün
önəmlidir. Bu tədbirin başa gatması
münasibəti ilə duran Rusiya Federal Agentliyinin rəhbəri
Mixail Şvidko onlara göstərilən diqqətdən
çox razı
qaldıqlarını bildirib. Mixail Şvidko gələn il
ərzində Rusiyada Azərbaycan, Azərbaycanda isə Rusiya
mütəmadi mədəniyyət günlərinin
keçirilməsini təklif etdi. Hazırda
tədbirlərə hazırlaşırıq". Hazırda üç
dövlət teatrında əsaslı təmirin
aparıldığını bildirən nazir bu addımı
da dövlətin mədəniyyətə qayğısı
kimi qiymətləndirib. Onun sözlərinə görə,
hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı, Heydər Əliyev adına Saray və
"Nizami" kinoteatrında aparılacaq əsaslı
təmir işləri ilə bağlı layihələrin
hazırlandığını deyib: "Bu binaların
təmiri də bizim üçün çox vacibdir. Çünki
bu gün Azərbaycana müasir standartlara cavab verən teatr,
kinoteatr, konsert salonları gərəklidir. Biz 2008-ci ilə
kimi Xalça Muzeyi və Muğan Mərkəzinin tikintisini
yekunlaşdırmağı düşünürük",
Ə.Qarayev bildirib ki, Milli Parkın
görünüşünün dəyişməsi
üçün yeni layihə yaxın zamanlarda nazirliyə
təqdim ediləcək. Bundan əlavə, nazir hazırda
Dədə Qorduq parkının salınması ilə
bağlı Nərimanov rayon icra hakimiyyəti ilə
danışıqların getdiyini deyib. Rayon və
şəhər kitabxanalarının bərpası və
iş sistemindən söz açan nazir qeyd edib ki, bir
müddət əvvəl vəzifəsini layiqincə yerinə
yetirmədiyi üçün Səlyan mərkəzi
kitabxanasının direktoru işindən azad edilib:
"Kitabxana sistemində də yeniləşdirmə
aparırıq. Bir müddət əvvəl Goranboyda kitabxana
və informasiya mərkəzi açdıq. Bu layihəni
digər rayonlarda da həyata keçirmək niyyətindəyik.
Biz 10 yaxşı işləməyən kitabxana
əvəzinə dünya standartlarına cavab verəcək
bir kitabxananın fəaliyyətinin lehinəyik və bu
yöndə öz işlərimizi davam edirəcəyik". Parklarda
kafelərin açılması və restoranların
fəaliyyət göstərməsi məsələsinə
də toxunan nazir hazırda bununla bağlı üç
məhkəmə prosesinin getdiyini bildirib: "Biz hər
birimiz anlamalıyıq ki, bu gün parka gedən əhali
ancaq karuseldə firlanmaq və dondurma yeməklə
kifayatlənmir. İstirahət anlayışı daha da
genişlənib və hamı istirahət etməyə yer
axtarır. Ancaq biz nazirlik olaraq qeyri-qanuni yolla fəaliyyət
göstərən kafelərin və pis işlərlə
məşğul olan yerlərin bağlanmasının
lehinəyik". Bu il turizm sahəsində önəmli
hadisələrin baş verdiyini bildirən Ə.Qarayev hazırda
Azərbaycanın turizmlə bağlı statistikasının
təkmillaşdirildiyini deyib. Nazirin sözlərinə
görə, bu ilin 6 ayı ərzində 900 minə
qədər turist gəlib: "ilin sonuna qədər bu
rəqəmin iki dəfə böyük olacağını
düşünürük". Ə.Qarayev bildirib ki,
turizmə vəsait qoyuluşu hazırda əsasən Azərbaycanın
turizm potensialının təbliğatına yönəldilib.
"Bu il "SNN" telekanalında Azərbaycanın turizm
potensialı ilə bağlı reklam rolikinin numayişinə
başlanılıb. Gələn il isə bela bir layihə
"Euronews" kanalında həyata keçiriləcək. Hazırda
nazirlik həm də Xızı-Dəvəçi
bölgəsində yeni turizm zonasının, Lənkəranda
isə yeni turizm kompleksinin yaradılması istiqamətində
iş aparır. Jurnalistlərin suallarına cavabında
isə nazir deyib ki, müğənninin işi oxumaqdan
başqa bir şey deyil. Sənətçilər Heydər
Əliyev adına Sarayda fonoqram oxumamalıdırlar və biz
buna icazə vermirik. Ə.Qarayev sənətçilərin bu
işini müsbət qarşılamadığını qeyd
edib: "Dövlət Heyder Əliyev adına Sarayda fonoqramla
oxumağa icazə vermədiyi halda, onlar necə fonoqram oxuya
bilərlər? Mən bunu başa düşə bilmirəm.
Biz cəmi iki-üç dəfə minisofka
üzərində ifaya icazə vermişik. Ancaq fikrimcə,
bununla bağlı başqa hal olmayıb. Qaldı ki,
sənətçilərin fonoqram ifasına, onların
oxumaqdan başqa nə peşələri var ki? Sənətçilərin
hər biri canlı ifaya üstünlük verməlidir".
Daha sonra o, bildirib ki, rəhbərlik etdiyi qurumun və
Dünya Bankının birgə təşəbbüsü
ilə içərişəhərin master planı
hazırlanır. Onun sözlərinə görə, master
planın gələn ilin fevralında təqdim olunması
nəzərdə tutulub: "Bununla yanaşı, hazırda
dövlət başçısı İlham Əliyevin
sərəncamı ilə Nazirlər Kabineti nəzdində
içərişəhərin idarə olunması ücün
xüsusi komitənin yaradılması yönündə
işlər aparılır. Bu komitə
içərişəhərin vəziyyəti ilə
məşğul olacaq və bütün işləri
həyata keçirəcək". Nazir qeyd edib ki, bir
müddət öncə Azərbaycanda səfərdə olan
araşdırıcı missiya tərəfindən Qobustan
abidəsi də dünya mədəni irsinə daxil
ediləcək: "Biz istəyirik ki, dünya mədəni
irsində ancaq Şirvanşahlar və
İçərişəhər olmasın. Bu siyahıda
artıq Qobustanın da adı olacaq".
Üç nöqtə.- 2006.- 9 dekabr.- S.13.