Zülfüqaroğlu Ə.
Araşdırılmamış
abidələr
Onların mühafizəsi də
unudulub
Bəşər
cəmiyyəti tarixinin 2 milyon ilə yaxın bir
dövrünü əhatə edən Azarbaycan arazisi zəngin
maddi-mədəniyyət abidələri diyarıdır. Hər
bir xalqın milli sərvəti sayılan tarixi nümunələr
onun keçmişini öyrənmək üçün
əvəzsiz manbədir.
Əcnəbi
“tədqiqatçılar”
Ölkəmizin
zəngin abidələri hələ XIX əsrin ikinci
yarısında görkəmli rus va Avropa alimlərinin
diqqətini cəlb edib.
Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra da arxeoloji abidələrin
tədqiqi ilə əsasən əcnəbilər
məşğul olub. Müxtəlif qaynaqlara istinadən
deyə bilərik ki, 1834-cü ildə İsveçrə
sayyahı Dübua De Mankeri indiki Xanlar rayonu ərazisində
qazıntılar apararaq tapdığı materialları Fransaya
göndərib. 1848-ci ildə görkəmli rus
şərqşünası Vladimir Xanikov Azərbaycanın bir
sıra orta əsr abidələri, o cümlədən
Bərdə və Naxçıvan, 1862-ci ildə isə
Fransız səyyahı A.Berje Muğan düzündəki
maddi-mədəniyyət nümunələri haqqında
məlumat verib. Azərbaycanda kaşfiyyat işləri
aparmiş fransız alimi Jak De Morqan 1880-ci ildə cənub
zonasında 200-dən çox qəbir abidəsini tədqiq
edib, tunc və dəmir dövrlərinə aid zangin
nümunələr toplayaraq ən yaxşılarını
Parisa - Sen Jermen muzeyina göndərib.
Öyrənilməmiş
səhifələr
Umumiyyətlə,
indiyədək arxeoloqlarımız tərəfindən
Azərbaycanın bir 90% bölgələrində -
Qəbələ, Şamaxı, Naxçıvan, Beyləqan,
Bərdə, Bakı, Gəncə, Nabran və sair
yerlərdə qazıntı işləri aparılsa da, bu,
respublikanın bütün regionlarını əhatə
etməyib. Faktik olaraq ucqar Yardımlı rayonu buna misaldır.
Həmin rayonda tarixin bütün dövrlərinə aid
maddi-mədəniyyət abidələrina rast gəlmək
olur. Rayonun Gilar, Şəfəq kəndi arazisindəki
qədim şəhər xarabalıqlar, Perimbel və digər
kəndlərdəki qədim qalalar, Arus-Ərsilə
ərazisində pir kimi ziyarət edilən Abu-Dərdə
türbəsi, Alar kəndində yerləşən Qız
və Oğlan qalaları, Xanbulaq kəndində
"Ə1i-bulağı" adlanan yerdən ta İran
ərazisinədək daşlar üzərində qədim dini
afsanə ilə bağlı olan at və insan ayaq izləri,
Peştəsər nekropolu, qədim Avaraq, Arvana kəndində
sirli- rəvayətli yer-yurd adları, Moran
Bürcü və bir çox belə dəyərli
abidələr bu günə qədər
araşdırılmayıb. Təəssüf ki, Azərbaycan
tarixində Alar kəndindəki Qız və Oğlan
qalalarından başqa, bunların heç biri haqqında
məlumat yoxdur.
Qoç və adam
heykəlləri nədən xəbər verir?
Gilar kəndində
yerləşən qədim qəbiristanlıq xüsusilə
fərqlənir. Onun maraqlı cəhəti
ətrafının daşdan yonulmuş qoç və adam
heykəlləri ilə əhatə olunmasıdır. Qoçların
hündürlüyü təqribən 50 santimetr, insan
heykallarinin hündürlüyü isə 1 metrdən
artıqdır. Kəndin yaşlı sakini Nəcəfqulu
kişinin dediyinə görə, orada vaxtilə 50-dən
artıq qoç və
30-dək adam heykəli olub: "Rəqəm yalnız
tamamilə yerin üstündə olan bütlərə aiddir. Əvvəl
həmin əraziyə baş çəkəndə sanki
kiçik bir şəhərciyə girdiyini hiss edirdin. Belə
ki, qoçlar sürü, adam heykəlləri isə
onları otaran çoban təsəvvürü
yaradırdı. Amma hələ ki abidənin hansı
məqsəd daşıdığı sirr olaraq qalır".
Təəssüf ki, öz
araşdırıcılarını tapmayan bütlərin
əksəriyyəti zaman axarında itib-bataraq az bir hissəsi
günümüzədək gəlib çatıb. Amma
ərazini diqqatlə nəzərdən keçirdikdə
abidənin yerin altında olan nümunələrinin də
şahidi olursan. Hətta burada kol-kosların içində
itib-batmiş elə qoç heykəlləri var ki,
çəkisi ən azı 3 tona bərabərdir. Bu tipli
abidəyə məhz qədim qəbiristanlıq
ətrafında konkret bir ərazidən basşqa heç
yerdə rast gəlinmədiyi maraqlıdır. Bütlərin
bir çoxunun kimlərsə tərəfindən
sındırılması isə acınacaqlıdır. Qeyd
edək ki, heykəl və qəbir daşlarının
üzərində bizə məlum olmayan əlifbada
müxtəlif yazıları, qılınc, başmaq,
xəncər, günəş., açar, küp, ox, atlı
insan, döyüşçü və s. şəkillər
olması müxtəlif fikirlər doğurur.
"Toponimlərdə
Gilar haqqında nə deyilir?
Kənd sakinlərinin
bəziləri onları bütpərəstlik, digərləri
isə atəşpərəstlik dövrlərinə aid edir. Ancaq
qəbir daşlarının əksəriyyətinin
tamamilə islam dini ayinlərinə uyğun
düzülməsi fikirlər arasında təzad yaradır. Nəzərə
çatdırmalıyıq ki, əhali qədim tarixi
köklərə əsaslanaraq kəndin adını
eramızdan əvvəl Azərbaycana köçmüş Qluar
və Gel tayfaları ilə bağlayırlar. Giların tarixi
haqqında məlumatlar toplamaqla maşğul olan intiqam
Sultanlı isə hesab edir ki, kəndlə onun
ərazisində yerləşən abidələri
eynilaşdirmək düzgün deyil: "Yaşlı
insanlardan topladığım məlumatlara görə, Gilar
kəndinin bünövrəsi Alı Sultan adlı şəxs
tərəfindən qoyulub. Əhali isə onun
törəməsidir. Məlumatlarda o da qeyd olunur ki, Alı
Sultan Dağıstan xanı Surxay xanın bacısı oğludur.
Və o, bir müddət İran şahının sarayında
vəzifə sahibi olub. Dayısı ilə iran şahı
arasında soyuq münasibətləri müsbət həll
etdiyinə görə ona sultan titulu və hazırda
yaşadığımız ərazinin bəylərbəyliyi
verilib. Bunlar isə0 XVIII əsrə, yəni xanlıqlar
dövrünə təsadüf edən proseslərdir. Bəzi
malumatlarda onun 40 il Çində sürgündə olması
və hazırda orada törəmələrinin
yaşadığı qeyd olunur. Mən bunun haqqında
geniş poema da yazmışam. Heykəllər isə qeyd
etdiyim dövrlərdən daha qədimlərə gedir. Gilar
haqqında 1999-cu ildə nəşr olunmuş
"Toponimlər"də də məlumat var. Orada deyilir: "Yaşayış
məntəqəsini irandilli Gil tayfalarına mənsub
ailələr saldığına görə belə
adlanır. Toponimin tərkibindəki ar – cəmlik, nəsli
mənsubiyyət bildirən sonluqdur. XIII-XIV əsrlərdə
qədim Volqa Bolqarıstanında Gilar şəhəri və
tayfası olub. Göründüyü kimi, bir-birinə zidd
olan bir neçə belə məlumatlar var. Ən doğru
sozü isə bu sahənin tadqiqatçıları deyə
bilər".
Məlum
abidələrin tədqiq olunması tariximizin çox
dərin qatlarının açılması üçün
dəyərli mənbələr verə bilər. Azərbaycanın
keçmişdə bir sıra mühüm problemlərini, o
cümlədən müxtəlif dövrlərdə xalqın
təsərrüfat həyatını, onun
məişətini, siniflərin və dövlətin
yaranması, dini ideoloji proseslari, şəhərlər və
dövlətlərarası əlaqəlari öyrənmək
olar.
Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya
institutunun direktor müavini Nəcəf Müseyibli bildirdi ki,
bu sahənin öz araşdırıcıları var və
tədqiqatlar aparılıb: "Konkret siz dediyiniz əraziyə
baxılmasa da, Azərbaycanın digər yerlərində bu
tipli abidələr araşdırılıb. Heykəllərin
itib-batmasına gəldikdə isə mən sizə
abidələrin qorunması haqqında bir sənəd
verərəm və onu Yardımlı rayon icra
Hakimiyyətinə təqdim edərsiniz. Onlar da öz
növbəsində abidənin muhafizəsini təşkil edərlər".
Mədəniyyət
və Turizm Nazirliyindən isə bildirdilər ki, qoç
və insan heykəlləri ilə bağlı Yardımlı
rayonunda 23 abidə qeydə alınıb. O cümlədən
Gilar kəndi ərazisində də daş qoç fiquru
abidəsinə bir yerdə rast galinib və qeydiyyata
alınıb.
Onların qorunmasına
gəldikdə isə nazirlikdən bildirdilər ki, tarixi abidələrin
qorunması və mühafizəsi sahəsində 10 nəfar
işçi var. Buna görə də butün
maddi-mədəniyyət nümunələrini
nəzarətdə saxlamaq mümkün deyil. Həmçinin
qeyd edildi ki, onların qorunması hər bir
vətəndaşın, yerli icra hakimiyyətinin
mədəniyyət məsələləri üzrə
aparatının və digər aidiyyəti qurumların
borcudur. Və həmin idarələrə sözügedən
abidələr haqda məlumat verilib.
Həftə içi.- 2006.- 5 dekabr.- S. 6.