Malibu", "Palma"
və "Atlant" istirahət mərkəzləri
ölkəmizdə turizmin
inkişafının göstəricisidir
Azərbaycan Prezidenti
İlham Əliyev dekabrın 7-də turizmin inkişafı
və istirahət üçün nadir təbiəti olan
Nabran qəsəbəsində tikilmiş "Malibu",
"Palma" və "Atlant" istirahət
mərkəzləri ilə yaxından tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, altı ildir
fəaliyyət göstərən
bu istirahət mərkəzlərində dincələnlər
üçün hər
cür şərait yaradılmışdır. 4 hektar
ərazisi olan "Malibu"da 40-dan çox kottecdə eyni vaxtda 240 nəfər istirahət edə bilər.
"Palma" istirahət
mərkəzi isə Xəzərin mənzərəli
sahilində yerləşir.
Burada müasir tipli ikimərtəbəli
28 kottec var. Otaqların hər biri televizor, daxili telefon, mebel dəsti, soyuducu və sanitar qovşağı ilə təchiz edilmişdir. Dincələnlərin Qafqaz dağlarının
ecazkar təbiətini
seyr etməsi, eləcə də Azərbaycanın bir sıra tarixi abidələri ilə tanış olması üçün gəzintilər,
Quba, Xaçmaz, Qusar və Dərbənd
şəhərlərinə ekskursiyalar təşkil olunur.
Sonra Prezident İlham Əliyev "Atlanta" istirahət və əyləncə mərkəzində oldu. Bildirildi ki, burada eyni
vaxtda 600-dən çox insanın dincəlməsi mümkündür,
yerli və xarici turistlərin rahatlığı üçün
hər cür şərait var. 8 hektar sahəsi olan bu kompleks
ilin müxtəlif fəsillərində, xüsusilə
yay aylarında qonaqları öz gözəlliyi ilə valeh edir. Bütün xidmət növləri beynəlxalq
standartlar səviyyəsində
təşkil edilmişdir.
Burada 176 kottec tipli evlər, idman meydançaları, avtomobil dayanacaqları, bazar xidməti sahəsi, 550 nəfərlik
diskoteka, üç hovuz, dörd akvapark, gəmi-bar, kompyuter salonu, bar və
120 nəfərlik yay kafesi var. Əsasən
günəş və
külək enerjisindən
istifadə olunur.
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən "Atlant"
istirahət mərkəzinə
dördulduzlu sertifikat
verilmişdir. Ərazini
daha 4 hektar genişləndirmək nəzərdə
tutulur. Məqsəd yerli turistlərlə yanaşı, xarici turistlərin respublikamıza
axınına da nail olmaqdır. Gələn il mövsümündə Dağıstandan
500-dən çox turistin gəlməsi gözlənilir.
Dövlətimizin başçısı istirahət mərkəzini
gəzdi, "Atlant"da yay istirahəti
ilə bağlı filmə baxdı. O, burada yaradılan şəraiti yüksək
qiymətləndirdi, turizmin
inkişafı üçün
ölkəmizdə hər
cür potensialın olduğunu, istirahət mərkəzlərinin daha
da genişləndirilməsinin
zəruriliyini bildirdi, turizmin inkişafı üçün
səylərin daha da artırılmasını
tövsiyə etdi.
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaz rayonuna səfəri başa çatdı.
Azərbaycan.-2006.-8 dekabr.-S.5.