Xatun
Qazaxıstanda milli mətbəx
festivalı keçirilib
Qazaxıstanın Pavlodar şəhərindəki "Vətən"
Azərbaycan Mədəniyyət
Mərkəzində milli
mətbəx festivalı
keçirilib. Tədbirdə
şəhərdə fəaliyyət
göstərən 16 mədəniyyət
mərkəzinin rəhbərləri,
diasporumuzun üzvləri
iştirak ediblər. Mərkəzin aşpazları
festival iştirakçılarına
Azərbaycanın müxtəlif
yeməkləri və
şirniyyatlarını təqdim
ediblər. Milli geyimdə olan sənət adamlarının
ifa etdiyi mahnı və rəqslərini festivalın
beş nəfərdən
ibarət münsiflər
heyəti qiymətləndirib.
Festivalda
çıxış edən
təşkilat komitəsinin
üzvləri tədbirin
keçirilməsində məqsədin
müxtəlif xalqların
milli mətbəxi və musiqisi ilə tanış olmaq, xalqlar arasında dostluq və qardaşlıq münasibətləri yaratmaqdan
ibarət olduğunu qeyd ediblər. Azərbaycanın milli mətbəxinə həsr
olunmuş bu festivalı tədbir iştirakçıları böyük
maraqla qarşılayıblar.
Tədbirin sonunda
"Vətən" Azərbaycan
Mədəniyyət Mərkəzi
aşpazlar arasında
seçilən qaliblərə
festivalın diplomlarını
təqdim edib. Mərkəzin sədr müavini Rəsul Ələkbərov milli mətbəximizin, mədəniyyətimizin
təbliği istiqamətində
belə tədbirlərin
davamlı olaraq keçirildiyini qeyd edib.
Festivalın səhəri
günü həmin şəhərdə Azərbaycanın
"Bazar günü məktəbi"nin on yaşı münasibəti ilə mərasim təşkil olunub. Tədbirdə Pavlodar vilayət hakimiyyətinin və
"Vətən" Azərbaycan
Mədəniyyət Mərkəzinin
rəhbərləri, valideyn
və şagirdlər
iştirak ediblər. Məktəbin yetirmələri
dövlət himnimizi səsləndirib və ana dilində şeirlər söyləyiblər.
Məktəbin direktoru
Elmira Zeynalova orada Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetirildiyini çıxışında
vurğulayıb.
Ayna.- 2006.- 22dekabr. S. 8.