Məmmədli B.
Azərbaycanda
Mədəniyyət və Turizm sektorunun inkişafı strateji
əhəmiyyət kəsb edir
2006-ci ildə ölkəmizə
1 milyondan artiq turist gəlib
Dünən Yeni Azərbaycan Partiyasında keçirilən
ənənəvi mətbuat
konfransının qonağı
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət
və turizm sahəsinə marağın
ciddi şəkildə
artdığını, bu
istiqamətdə bir sıra strateji layihələrin hazırlandığını
və səmərəli
addımların atıldığını
bildirdi. Nazir qeyd etdi ki,
2006-cı ildə Azərbaycanda
Rusiya ili
çərçivəsində çoxsaylı tədbirlər
keçirilib və qonşu ölkənin rəsmi şəxsləri,
mədəniyyət xadimləri
də bunlardan məmnun qalıblar. Azərbaycanda islam
ölkələrinin turizm
nazirlərinin konfransının
keçirilməsini mühüm hadisələrdən biri kimi vurğulayan Ə.Qarayev 2006-cı ildə
ölkəmizə gələn
turistlərin sayının
1 milyonu keçdiyini diqqətə çatdırdı.
Natiq bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin Mədəniyyət və
Turizm Nazirliyinin fəaliyyətinin genişləndirilməsi,
müvafiq infrastrukturların
yaradırılması ilə
əlaqədar qarşıya
qoyduğu vəzifələrə
uyğun olaraq genişmiqyaslı işlər
gorülür və kompleks tədbirlər həyata keçirilir.
Bu il
bir sıra mədəniyyət və
incəsənət müəssisəlarində
əsaslı bərpa
və ya təmir işlərinə
start verildiyini söyləyən
nazir qısa müddətdə yüksək
səviyyəli xidmət
göstərməyə imkan
verən şəraitin
yaradılacağına əminliyini
ifadə etdi. Bütün bunlar ölkəmizin mədəni
həyatının canlanmasının
va mədəniyyət
sahəsində çalışanlara
göstərilən dövlət
qayğısının bariz
numunəsidir. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsində
çalışanların əmək haqlarının
artırılması ilə
bağlı imzaladığı
sərəncam xüsusilə
qeyd olunmalıdır.
Əbülfəs Qarayev daha sonra bildirdi
ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və
dəstəyi ilə inşa olunan Muğam Mərkəzi Azərbaycanda milli irsimizə yetirilən diqqətin parlaq təzahürüdür. Bu addım
YUNESKO tərəfindən də
yüksək qiymətləndirilmiş
və təməlqoyma
mərasimində qurumun rəhbəri
şəxsən iştirak
etmişdir.
Qusarda dağ xizəkçilik mərkəzinin
yaradılacağını nəzərə çatdıran
Ə.Qarayev dedi ki, Xızı-Dəvəçi
və Lənkəran bölgələrində yeni
turizm obyektlərinin açılası da planlaşdırılır. Bu günlərdə
Prezident İlham Əliyevin Xaçmaz rayonuna səfəri zamanı bölgədəki
turizm-istirahət mərkəzləri
ilə yaxından
Media nümayəndələrinin
çox-saylı suallarını
cavablandıran mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, kitabxanaların və muzeylərin işini təkmilləşdirməyi
nəzərdə tutan
bir sıra layihələr hazırlanır. İstirahət və mədəniyyət
parklarında qanunsuz tikililərə qarşı
mübarizə gücləndirilib
və mövcud olan neqativ halların
aradan qaldırılması
istiqamətində ciddi
tədbirələr aparılır.
İsğal olunmuş rayonlardakı
tarixi-mədəniyyət abidələrinin
dağıdılması və
mədəni irsimizə
təcavüz hallarının
qarşısının alınması
məsələlərinə gəlincə, nazir bu istiqamətdəki fəaliyyətin gücləndirilməsinin
zəruriliyini nəzərə
çatdırdı.
Respublika.- 2006.- 9 dekabr.- S.3.