Tağıyev A.

 

 

Mingəçevir Turizm Kolleci ümidləri doğruldur

 

Kollec az bir vaxtda ölkənin sayılıb-seçilən təhsil ocağına çevrilməyi bacarıb

 

Son illər ölkəmizdə turizmin inkişafı üçün dövlət tərəfindən bir sıra önəmli addımlar atılıb. təbii ki, bu inkişafın, tərəqqinin fonunda müstəqil respublikamız üçün yenilik sayılan bu sahənin müasiri olan milli kadrlara böyük ehtiyac var.

Fəaliyyətə 4 il öncə Bakı Bədən Tərbiyəsi Turizm Kollecinin Mingəçevir şəhər binası kimi başlamıs, bu ildən etibarən isə müstəqil şəkildə fəaliyyət göstərən Mingəçevir Turizm Kollecinin yaradılması da məhz bu zərurətdən doğub. Qeyd edək ki, çox az bir zamanda fəaliyyətdə olmasıma rəğmən kollec öz üzərinə düşən bu çətin şərəfli missiyanı layiqincə yerinə yetirməyi, ölkənin say-seçmə təhsil ocaqlarından birinə çevrilməyi bacarıb.

Müasir tipli, geniş yaraşıqlı binaya, hər cür şəraitə malik Mingəçevirin ən yeni böyük təhsil ocaqlarından biri olan bu kollecə iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik edir. Bizimlə söhbətində Ə.Əyyubov qeyd edib ki, coğrafi nöqteyi nəzərdən Mingəçevirin təxminən respublikanın mərkəzində yerləşməsi( faktı burada təhsil almaq arzusunda olan ölkənin digər bölgələrində yaşayan gənclərin sayına müsbət mənada təsirsiz olmayıb. "Gediş-gəliş çox rahat əlverişli olduğundan kollecdə respublikanın digər şəhərlərindən, rayonlarından olan tələbələrin sayı kifayət qədərdir. Bəzi ixtisasların müstəqil Azərbaycanımız üçün yenilik olmasına baxmayaraq, tələbələrin həmin sahələrə göstərdiyi maraq gələcəkdə bu sektorda işsizliyin minimuma enməyəcəyinə umid yaradır".

Professor onu da əlavə edib ki, ümumiyyətələ, yarandığı vaxtdan bu günədək kollecdə tələbə sarıdan problem olmayıb. Hazırda kollecdə 8 ixtisas üzrə 1000-ə yaxın tələbə təhsil alır. Ə.Əyyubovun sözlərinə görə, “gələcəkdə ixtisasların tələbə kontingentinin sayının artırılacağı proqnozlaşdırılır. Ən başlıcası isə müasir gənclərimiz Prezident İlham Əliyev cənablarının gənclərə olan yüksək diqqət qayğısını hiss edərək, eləcə respublikamızın turizm potensialı bu sektorun inkişaf perspektivlərini daha dərindən dərk edərək böyük həvəs məmuniyyətlə kollecimizə üz tuturlar”.

Xatırladaq ki, kollecdə tələbələrə yüksək ixtisaslı, peşəkar pedaqoji kadrlar dərs keçirlər. Kollecin müəllimləri öz bilik bacarıqlarını daha da artırılması üçün mütamadi olaraq beynəlxalq treninq seminarlarda iştirak edirlər. Belə beynəlxalq seminarlardan biri bu yaxınlarda qonşu Gürcüstanda keçirilmişdir. Beynəlxalq turizmin inkişafına həsr olunmuş bu seminarda iştirak etmiş professor Ə.Əyyubov mehmanxana işi onun təhsilinə, xarici dil digər bu kimi ixtisaslara dünyada cür böyük önəm verildiyinin bir daha şahidi olduğunu gizlətmədi. Yeri gəlmişkən, müsahibimiz seminarda iştirak edən iqtisadiyyatı iflic vəziyyətinə düşmüş Ermənistan nümayəndə heyətinin Azərbaycanın bu sahədə qazandığı ugurlarına çox paxıllıqla seyr etməsi faktından qürurla söz açdı.

 

İki sahil.- 2006.- 19 dekabr.- S. 6.