Turizm təhsili: problemlər, perspektivlər mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir

 

AzərTAc xəbər verir ki, dekabrın 16-da Azərbaycan Turizm İnstitutunda (ATİ) "Turizm təhsili: problemlər, perspektivlər" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda ATİ-nin rektoru Cəfər Cəfərov çıxış edərək bu ali təhsil müəssisəsinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni yaradıldığını vurğulamışdır. Turizmin ayrı-ayrı ölkələr xalqlar arasında əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd edən rektor bu sahənin inkişafı üçün respublikamızda da mühüm tədbirlər həyata keçirildiyini bildirmişdir.
O, institutun fəaliyyətindən danışaraq bildirmişdir ki, burada "Turizm sosial mədəni sahədə servis xidməti", "Menecment" "Marketinq" ixtisasları üzrə Boloniya təhsili sistemi əsasında tədris planları hazırlanmışdır, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Türkiyənin Boğaziçi Universiteti tərəfindən bu ali məktəbə lazımi ədəbiyyat da hədiyyə olunmuşdur.
Rektor, eyni zamanda, ATİ- müasir tələblərə cavab verən kadrlar hazırlamaq üçün ayrı-ayrı ölkələrin təcrübəsindən istifadə ediləcəyini söyləmiş, qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Sonra Türkiyənin Boğaziçi Universitetinin professoru, Ümumdünya Turizm Təşkilatının eksperti Bülənt Himmətoğlunun "Turizm sənayesi üçün kadr hazırlığının beynəlxalq təcrübəsi" mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi digər natiqlər turizmin inkişaf etdirilməsinin əhəmiyyətindən, bu sahə üçün bacarıqlı kadrlar hazırlanmasının vacibliyindən, ATİ- tədrisin təşkilindən bəhs etmişlər.
Sonra mövzu üzrə geniş müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

 

Azərbaycan.-2006.-17 dekabr.-S.4.