Azərbaycanda milli azlıqların
incəsənət festivalı
açılmışdır
Dekabrın 6-da
Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun
ölkəmizdəki Milli Komissiyasının birgə
təşkilatçılığı ilə muzey
mərkəzində ölkəmizdə milli azlıqların
“Azərbaycan - doğma diyar” adlı incəsənət
festivalının açılış mərasimi
olmuşdur.
İncəsənət bayramı münasibətilə
iştirakçıları təbrik edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, YUNESKO-nun qərarı ilə 2006-cı il milli azlıqlar
ili elan edilmişdir. Həmin qərar çərçivəsində
dekabrın 8-dək davam edəcək festivala 250 nəfər qatılmışdır. Natiq
vurğulamışdır ki,
əhalinin çoxmillətli
və çoxkonfessiyalı
tərkibi müasir Azərbaycanın mühüm
reallıqlarından biridir.
Təkcə Bakıda
müxtəlif xalqların
iyirmidən artıq mədəniyyət mərkəzi
fəaliyyət göstərir.
Milli azlıqların yığcam şəkildə
yaşadıqları rayonların,
demək olar, hər birində bu cür mərkəzlər
vardır.
Azərbaycanda milli azlıqlar yerli əhali ilə eyni hüquqlara malikdir, onlar olkəmizin mədəni irsindən eyni dərəcədə istifadə
edirlər. Qeyd olunmuşdur ki, ölkəmizin rəhbərliyi
azsaylı millətlərin
və xalqların inkişafı ilə əlaqədar böyük
işlər görür.
Bu istiqamətdə Azərbaycanda özünəməxsus
etnik intibah ulu öndərimiz Heydər Əliyevin
1993-cü ildə imzaladığı
məlum sərəncamdan
sonra daha geniş vüsət almışdır. Məlum
olduğu kimi, həmin sənəddə
etnik azlıqların təhsil, mətbuat, televiziya və radio ilə xüsusi verilişlərin
təşkili, tolerantlıq
və sair sahələrdəki hüquqları
konkret şəkildə
öz əksini tapmışdır.
Festival çərçivəsində
“Musiqi dünyası” jurnalı tərəfindən
hazırlanmış “Azərbaycanın
etnik musiqisi” atlasının da təqdimat mərasimi keçirilmişdir.
Sənətşünaslıq doktoru, professor
Tariyel Məmmədov videokasetdəki görüntülər
barədə və onun hazırlanmasında “Musiqi dünyası” jurnalının yaradıcı
qrupunun fəaliyyətindən
danışarkən diqqətə
çatdırmışdır ki, qrup xalq
musiqisinin toplanması,
öyrənilməsi, yayılması,
xəritələndirilməsi,
sistemləşdirilməsi, kataloqlaşdırılması üzrə
məqsədyönlü iş
aparır. Bu cür kompleks
tədqiqat musiqi folklorunun real şəraitini müəyyən
etmək üçün
zəruri olub, müxtəlif millətlərin
birliyini təmsil edən vahid xalqın ictimai həyatı, əmək fəaliyyəti və məişəti, coğrafiyası,
etnoqrafiyası, mədəniyyəti
ilə əlaqələri
üzə çıxarır.
Bütün bunların
nəticəsi olaraq “Azərbaycanın ənənəvi
musiqi atlası” layihəsi meydana gəldi. Layihənin məqsədi multimedia məhsulu formasında (Veb-sayt, DVD) Azərbaycanın
ənənəvi musiqisinin
sistemləşdirilmiş şəkildə
məlumat bazasını
yaratmaqdan ibarətdir.
Azərbaycan, ingilis və rus dillərində
təqdim olunan elektron nəşr Azərbaycanın ənənəvi
musiqi mədəniyyəti
haqqında bilikləri
genişləndirir, xalqın
müəlliflik hüququnu
sənədlərdə əks
etdirir.
Xalq qəzeti.- 2006.- 7 dekabr.- S. 6.