Milli azlıqların
incəsənət festivalı
Dekabrın 6-da Mədəniyyət və Turizm Nazirliyinin
və YUNESKO-nun ölkəmizdəki Milli Komissiyasının
birgə təşkilatçılığı ilə muzey
mərkəzində ölkəmizdə milli azlıqların
“Azərbaycan — doğma diyar” adlı incəsənət
festivalının açılış mərasimi
olmuşdur.
İncəsənət bayramı münasibətilə
iştirakçıları təbrik edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, YUNESKO-nun qərarı ilə 2006-cı il milli azlıqlar
ili elan edilmişdir. Həmin qərar çərçivəsində
dekabrın 8-dək davam edəcək festivala 250 nəfər qatılmışdır. Natiq
vurğulamışdır ki,
əhalinin çoxmillətli
və çoxkonfessiyalı
tərkibi müasir Azərbaycanın mühüm
reallıqlarından biridir.
Təkcə Bakıda
müxtəlif xalqların
iyirmidən artıq mədəniyyət mərkəzi
fəaliyyət göstərir.
Milli azlıqların yığcam şəkildə
yaşadıqları rayonların,
demək olar, hər birində bu cür mərkəzlər
vardır. Azərbaycanda
milli azlıqlar yerli əhali ilə eyni hüquqlara
malikdir, onlar olkəmizin mədəni irsindən eyni dərəcədə istifadə
edirlər.
Qeyd olunmuşdur ki, ölkəmizin rəhbərliyi azsaylı
millətlərin və
xalqların inkişafı
ilə əlaqədar
böyük işlər
görür. Bu istiqamətdə Azərbaycanda
özünəməxsus etnik
intibah ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə
imzaladığı məlum
sərəncamdan sonra
daha geniş vüsət almışdır.
Məlum
olduğu kimi, həmin sənəddə
etnik azlıqların təhsil, mətbuat, televiziya və radio ilə xüsusi verilişlərin
təşkili, tolerantlıq
və sair sahələrdəki hüquqları
konkret şəkildə
öz əksini tapmışdır.
festival çərçivəsində
“Musiqi dünyası“ jurnalı tərəfindən
hazırlanmış
“Azərbaycanın etnik
musiqisi” atlasının
da təqdimat mərasimi keçirilmişdir.
Sənətşünaslıq doktoru, professor
Tariyel Məmmədov videokasetdəki görüntülər
barədə və onun hazırlanmasında “Musiqi dünyası” jurnalının yaradıcı
qrupunun fəaliyyətindən
danışarkən diqqətə
çatdırmışdır ki, qrup xalq
musiqisinin toplanması,
öyrənilməsi, yayılması,
xəritələndirilməsi,
sistemləşdirilməsi, kataloqlaşdırılması üzrə
məqsədyönlü iş
aparır. Bu cür kompleks
tədqiqat musiqi folklorunun real şəraitini müəyyən
etmək üçün
zəruri olub, müxtəlif millətlərin
birliyini təmsil edən vahid xalqın ictimai həyatı, əmək fəaliyyəti və məişəti, coğrafiyası,
etnoqrafiyası, mədəniyyəti
ilə əlaqələri
üzə çıxarır.
Bütün bunların
nəticəsi olaraq “Azərbaycanın ənənəvi
musiqi atlası” layihəsi meydana gəldi. Layihənin məqsədi multimedia məhsulu formasında (Veb-sayt, DVD) Azərbaycanın
ənənəvi musiqisinin
sistemləşdirilmiş şəkildə
məlumat bazasını
yaratmaqdan ibarətdir.
Azərbaycan, ingilis və rus dillərində
təqdim olunan elektron nəşr Azərbaycanın ənənəvi
musiqi mədəniyyəti
haqqında bilikləri
genişləndirir, xalqın
müəlliflik hüququnu
sənədlərdə əks
etdirir.
Azərbaycanda rus dili və
Rusiya təhsili günləri festivalının
nəticələri
Dekabrın 6-da Beynəlxalq
Mətbuat Mərkəzində
Azərbaycanda Rus dili festivalı və Rusiya təhsili günlərinin
yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Bildirilmişdir ki, dekabrın 1-dən 6-dək davam edən festival müddətində Bakının
və Sumqayıtın
ali və orta məktəblərində
bir sıra tədbirlər təşkil
olunmuş, gimnaziyalarda
isə ustad dərsləri keçilmişdir.
Azərbaycanda rus icması
sədrinin müavini,
Moskva Dövlət Açıq Universiteti Bakı filialının rektoru Venyamin Mayorov festivalın uğurla başa çatdığını qeyd
etmiş və demişdir ki, SSRİ-nin süqutu rus dilinin xalqlararası
ünsiyyət vasitəsi
olmasına regionda o qədər də mənfi təsir göstərməmişdir. Natiq xatırlatmışdır
ki, Azərbaycanda ilk rus dili
məktəbləri XIX əsrin
əvvəllərində Şuşada
və Şamaxıda açılmışdır. İndi
isə ölkədə
300-dən artıq məktəbdə rus dili bölmələri fəaliyyət göstərir.
134 nömrəli akademik
gimnaziyada, 160 nömrəli klassik gimnaziyada rus dilinin tədrisi üstünlük təşkil
edir və həmin təhsil müəssisələri YUNESKO-nun
məktəbi sırasına
daxil edilmişdir.
Moskva Dövlət Açıq Universitetinin elmi işlər üzrə prorektoru, professor Yevgeni Şerbaskov qeyd etmişdir ki, festivalın nəticələri
Azərbaycanda rus dilinin tədrisinin yüksək səviyyədə
olduğunu göstərdi.
Burada şagirdlər rus dili qrammatikasının
əsaslarına yaxşı
yiyələnirlər.
Səadət açarına
çevrilən sözlər
Azərbaycanda yaşayan
azsaylı xalqların
mədəniyyəti ümumən
Azərbaycan mədəniyyətinin
bir hissəsini təşkil edir. Bu məmləkətin ədəbi mühitinə
qatılan etnosların
nümayəndələri sırasında
tarixən dost-qardaş
münasibətində olduğumuz
ləzgi yazarlarını
da xüsusi vurğulamaq istərdik. Həm ləzgi, həm də Azərbaycan dillərində
sərbəst yazıb-yaradan şairlərdən
biri də Hacıbala Yarqunvidir. Müəllifin bu yaxınlarda
çapdan çıxmış
“Səadət açarı
və ya əsrlərin əsəri”
adlı kitabı (Bakı, “Ulu” İKf, 2006, redaktoru Vidadi Sevzixanov) ləzgi oxucularına maraqlı töhfədir.
İndiyə qədər
“Muştuluq”, “Səadət
yolu”, “General Əbilov” və s. kitabları işıq üzü görmüş Hacıbala
Yarqunvi (Qaflanov) Azərbaycan Yazıçılar Birliyinin
üzvü kimi yalnız bu ölkədə deyil, Dağıstanda da yaxşı tanınır.
Azərbaycan dilini özünün ikinci ana dili kimi
qəbul edən H.Yarqunvini xalq şairi Səməd Vurğuna ithaf etdiyi “Dahi və
uşaq” balladası azəri və ləzgi oxucularına yaxşı tanışdır.
Onun Azərbaycan və Bakı haqqında yaratdığı
şeirlər məktəb
dərsliklərinə daxil
edilmişdir.
“Səadət açarı
və ya əsrlərin əsəri”
adlanan bu kitab məzmununa görə didaktik traktat qəbilindən olub ümumbəşər
gənclərinə ünvanlanıb.
Kitab “Din”, “Tərbiyə”, “Dostluq”, “Məhəbbət”,
“Zəhmət”, “Cəsurluq”,
“Mübarizə” və
s. konkret mövzulara aid olan iyirmi bir
yığcam fəsildən
ibarətdir. Əsərin
bəzi fəsilləri
dövri mətbuatda dərc olunub. Üzərində dönə-dönə işləyən
müəllif öz əsərinin olduqca yığcam,
lakonik alınmasına
ciddi səy göstərmişdir.
Əsərdə ümumən
planetimizin bütün
qitələrindən olan
xalqların, o sıradan Azərbaycan xalqının folklorundan, eyni zamanda, tanınmış
dünya klassiklərindən
Nizami, Şekspir, Stalski kimi dahilərin
deyimlərindən geniş
istifadə edilərək oxucuya ibrətamiz, müdrik kəlamlar çatdırılmışdır.
Müəllif özünün
yeni əsərini oxuculara “Nəsihət çələngi” qismində
təqdim edir və onların bu kitab haqqında
fikir və mülahizələrini səbirsizliklə
gözləyir.
Professor K.Abdullayev əsərlə bağlı
belə qənaətə
gəlir: “Düşünürəm
ki, bu kitab
bütün oxucular üçün maraqlı
görünəcəkdir — yaşından asılı
olmayaraq”.
Biz də bu fikirlərə qoşulub H.Yarqunviyə yaradıcılıq uğurları
diləyirik.
Ədəbiyyat qəzeti.- 2006.- 8 dekabr.- S. 2.