Milli azlıqların mədəni irsi müasirlik" mövzusunda konfrans keçirilmişdir

 

Dekabrın 6-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muzey mərkəzində "Azərbaycan - doğma diyar" festivalı çərçivəsində "Milli azlıqların mədəni irsi və müasirlik" mövzusunda konfrans keçirilmişdir.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq konfransın əhəmiyyətindən, milli azlıqların mədəni mənəvi irsinə ölkəmizdə göstərilən qayğıkeş münasibətdən danışmışdır.
Bildirmişdir ki, Azərbaycan rəhbərliyinin düzgün milli siyasəti nəticəsində ölkəmizdə öz mədəniyyətlərini dəyərlərini qoruyub saxlamaq inkişaf etdirmək üçün milli azlıqlara hər cür imkan şərait yaradılmışdır.
Tədbirdə akademik Teymur Bünyadov "Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir", fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə "Azərbaycanda yaşayan milli azlıqların etnik qrupların mədəni irsinin öyrənilməsində elmi folklor ekspedisiyalarının rolu əhəmiyyəti", filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı "Dağıstan xalqlarının folklorunda Azərbaycan aşıq sənətinin yeri", Mədəniyyət Turizm Nazirliyinin musiqi sektorunun müdiri, professor Fərəh Əliyeva "XX əsrin əvvəllərində Azərbaycanın mədəni həyatında milli azlıqların musiqi sənətinin təmsil olunması" mövzularında məruzələr etmişlər.
Xarici ölkələrin respublikamızdakı səfirlikləri nümayəndələrinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

 

Azərbayacan.-2006.-7 dekabr.-S.5.