Azərbaycan Rəssamlar İttifaqının

üzvləri üçün yeni emalatxanaların

tikintisi haqqında

Azərbaycan Respubukası Prezidentinin Sərəncamı

 

Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin yaradıcılıq fəaliyyəti üçün səraiti yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1.   Azərbaycan  Rəssamlar İttifaqı  üzvlərinin müasir emalatxanalarla təmin edilməsi məqsədi ilə Bakı, Gəncə Naxçıvan şəhərlərinda müasir emalatxana kompleksləri yaradılsın.

2.  Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi üç ay müddətində:

2.1.  Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə rəssam heykəltəraşlar üçün yeni emalatxanaların yaradılması tikilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.  Yeni emalatxanaların istifadəyə verilməsi qaydaları, layihəsinə müvafiq orqanlarla  birlikdə hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 19 dekabr 2006-cı il.

 

Respublika.- 2006.- 20 dekabr.- S. 2.